Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərin Seydimli kəndində səyyar qəbul-görüş keçirilib

Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir


Seydimli kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.

Əvvəlcə Seydimli kənd İƏD üzrə nümayəndə Güloğlan Kərimov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, 633 təsərrüfatı, 1032 hektar ərazisi olan nümayəndəlikdə 2750 nəfər əhali yaşayər. Kənddə 86 məcburi köçkün ailəsində 311 nəfər məskunlaşmışdır. Əhalinin əsas məşğuliyyəti isə əkinçilik və heyvandarlıqdır. Ərazidə bir tam orta, körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, kitabxana, klub, EATS, poçt şöbəsi, on iki ticarət və iaşə obyekti fəaliyyət göstərir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd ağsaqqalları Akif Məmmədov, Sayəddin Musayev, sakinlərdən Təranə Nuriyeva, Kamil Kərimov, Namik Əliyev, Zərəngiz Cəlalova, Habil Səfərov, Sədaqət Orucova, Ələddin Süleymanov rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərinə təbii qazın çəkilişindən kənd sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmişlər. Kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, Seydimli kəndinə təbii qaz çəkililişinin başa çatdırılmasına köməklik olunmasına, içməli su ilə təminatın yaxşılaşdırılmasına, sahələrarası arxların lildən təmizlənməsinə ehtiyac olduğunu bildirmişlər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə müraciət edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən,  danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Rayon rəhbəri son dövrlər manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, suni qiymət artımının qarşısının alınması məqsədi ilə rayonda təxirəsalınmaz tədbirlər görüldüyünü qeyd etmişdir. Bildirilmişdir ki,  rayon icra hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılmışdır. Rayonda hər birinin tərkibində 10 nəfər olmaqla 10 qrup suni qiymət artımının qarşısının alınmasına nəzarət edir. Həmin qruplara rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri rəhbərlik edir.

Sonra M.Məmmədov sahibkarlara dövlət dəstəyindən danışaraq, sahibkarlara yaradılan burokratik əngəllərin aradan qaldırıldığını, onlara lazimi şərait yaradıldığını bildirdi.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.

Səyyar qəbul-görüşdə Milli Məclisin deputatı Sahib Alıyevdə iştirak etmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar