"Copa Sudamerica"nın finalının oynanılacağı saatda dəhşətli təyyarə qəzasında həyatını itirən Braziliyanın "Chapecoense" klubunun oyunçuları ilə vidalaşmaq üçün "Atletico Nacional" klubunun azarkeşləri oyunun keçiriləcəyi stadiona axın ediblər
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, on minlərlə insanın toplaşdığı stadionda duyğulu anlar yaşanıb. Rəqib azarkeşlər "Chapecoense" klubunun oyunçularını göz yaşları içində yad ediblər və onlar 90 dəqiqə bu fəlakətin təsiri altında stadionda qalıblar.
pia.az