Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib


Tərtərdə 17 iyun-Tibb İşçilərinin Peşə Bayramını günü münasibəti ilə tədbir keçirilib


Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.  

Sonra tədbir YAP Tərtər rayon təşkilatının  inzibati binasında davam etdirilib.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi, onlara insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı, Hipokrat andlarına sadiq olmağı arzuladı. Rayon rəhbəri qeyd etdi ki,  möhtərəm  Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında da aydın görürük.

Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verdi. Bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəldib.

Əhalinin sağlamlığı birbaşa respublika prezidentinin nəzarətindədir. Məhz onun tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir. 
Baş həkimin təbrikinə rayon uşaq polikilinikasının şöbə müdiri Zəhra Əliyeva, Azad Qaraqoyunlu kənd xəstəxanasının baş həkimi Tofiq Quliyev, şua diaqnostika həkimi Oktay Əliyev də qoşulublar.

Tədbirdə işində fərqləndiklərinə görə bir qrup tibb işçisinə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman, qiymətli hədiyyələr və Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən təsis olunmuş “Vətən Naminə” medalı təqdim olundu.

pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar