Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tiflisdə Xocalı qurbanları anılıb


Fevralın 25-də Gürcüstan Müsəlmanları İdarəsinin və Azərbaycanlıların Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib


APA-nın Gürcüstan bürosunun məlumatına görə, öncə soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub. Sonra Ağsaqqallar Şurasının üzvü Mayak Nemətov 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda insanlığa qarşı vəhşilik törədən ermənilərin vandalizm hərəkətlərindən söhbət açıb. Tədbirdə çıxış edən GMİ-nin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev Xocalı soyqrımının 25-ci ildönümü ilə bağlı Azərbaycan xalqına və İslam dünyasına başsağlığı veriblər. Hər iki çıxışçı XX əsrin sonunda baş verən soyqırımın dəhşətindən, hələ də belə soyqırımların müsəlmanlar yaşayan ölkələrdə davam etdiyini, günahsız insanların qətlə yetirilməsi, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən aparıcı dövlətlərin Xocalıya laqeyd yanaşdığı kimi bu gün dünyada baş verən hadisələrə də biganəliyindən, belə hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət dərsi alaraq müsəlmanların ayıq-sayıq, həmrəy olaraq dost və düşmənlərini tanımanın vaxtı çatdığından söhbət açıblar.
Sonra Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə müşaviri Nəbi Gümüş, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri, keçmiş parlament deputatı İsak Novruzov, tanınmış hüquqşünas Teymuraz Lomsadze və Demokratik İnkişaf Fondunun sədri Badri Çerçvadze Xocalı faciəsinin başvermə səbəb və nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək soyqırımı törədənlərin həqiqət qarşısında cavab verəcəklərini bildiriblər.

Onlar Qafqazda və dünyada belə faciəvi hadisələrin təkrarlanmaması üçün Xocalı soyqırımın bütün dünyaya çatdırılmasını vacib hesab ediblər. Anım mərasimində Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə “Xocalı harayı” poemasından bir parçanı ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda şəhidlər üçün ehsan süfrəsi təşkil olunub.

Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən ruhanilər, azərbaycanlı və gürcü elm və ictimaiyyət xadimləri, media nümayəndələri iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar