Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tikinti şirkətlərinin dələduzluqları bitib tükənmir


“Abşeron LTD-2013” tikinti şirkəti Xırdalan sakininin evini 2-ci dəfə satıb


Bakıda dələduzluqla məşğul olan kifayət qədər tikinti şirkətləri məsuliyyətə cəlb olunsa da, hələ də bir çox tikinti şirkətləri vətəndaşları dolandırmaqda vəbir mənzili bir neçə şəxsə satmaqda davam edirlər. 

Elə bu məsələ ilə bağlı Xırdalan şəhər “Quşçuluq” yaşayış massivi 3-cü keçə, döngə 1, ev 9 da yaşayan Hüseynov Malik PİA.AZ-ın elektron ünvanına şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda M.Hüseynovun “Abşeron LTD-2013” tikinti şirkəti tərəfindən aldaıldığı və pulunu ödədiyi mənzilin başqa birisinə satıldığı qeyd olunur. 

Malik Hüseynovun elektron poçtumuza göndərdiyi məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

“Hörmətli redaksiya sizə müraciət edərək bildirirəm ki, mən Hüseynov Malik Oruc oğlu (Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 3-cü küçə, döngə 1, ev 9-da qeydiyyatda olan), 2006-cı ildə Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 saylı ünvanda “Fuad LTD” firması tərəfindən inşa edilən yaşayış binasından valideyinlərim ücün 121 saylı mənzilin dəyərini tam və özüm ücün isə 122 saylı mənzilin dəyərinin yarısını ödəməklə müqavilə yolu ilə almışam. Binada işlər 2009- cu ilədək davam edib, lakin 2009-cu ildən etibarən “Fuad LTD” firması tikintini davam etdirə bilmədiyi üçün sakinlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdilər. Sakinlərin şikayətindən sonra istintaq başlandı və mən həmin istintaqda zərərcəkmiş şəxs qismində tanınmışam. 

İstintaqdan sonra bizə məlum olmayan səbəbdən tikintinin davam etdirilməsi “Abşeron LTD 2013” (VÖEN 10000 58691) adlı firma həyata kecirməyə başladı. Həmçinin “Abşeron LTD-2013” adlı şirkətə zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi hüquqi varis kimi onlarin üzərinə qoyuldu. 

Ancaq 2006-ci ildə aldığım mənzilimi “Abşeron LTD 2013” - in rəhbərləri Azər Tağiyev və Araz  adli səxslər 07 dekabr 2014 -cu il tarixdə qeyri-qanuni olaraq 2-ci dəfə kənar adama satıblar. Hazırda mənə məxsus olan mənzildə basqa şəxs tərəfindən təmir işi aparilir və mən ailəmlə uzun müddətdir kirayələrdə qalmağa məhkum olunmuşam”.

Xatırladaq ki, tikinti şirkətlərinin asanlıqla dələduzluq edə bilmələrinin əsas səbəblərindən biri bir qayda olaraq tikinti şirkətləri ilə alıcı vətəndaşlar arasında müqavilə imzalanarkən həmin müqavilələr notarial qaydada təsdiq olunmamasıdır. Müqavilənin notarial qaydada təsdiq olunmasına qarşı isə tikinti şirkətləri birbaşa qarşı çıxırlar və müqaviləni yalnız öz möhürləri ilə təsdiq edə biləcəklərini bildirirlər. İsrar edənlərə isə sadəcə ev satmaqdan imtina edirlər. Bu isə tikinti şirkətlərinin sonradan dələduzluq edə bilmədəri üçün geniş imkanlar yaradır. Həmçinin bu yolla tikinti şirkətləri dövlətdən kütləvi şəkildə vergi gizlədirlər ki, bu da sonucda büdcənin milyonlarla manat vəsaitdən məhrum olmasına gətirib çıxarır.

Qəribədir ki, illərdir bu problemə dövlət orqanları göz yumur və tikinti şirkətlərinin vətəndaşlarla müqavilələrinin notarial qaydada təsdiqini məcburi hala gətirilməsi üçün heç bir addım atmırlar. Burda rüşvət və korrupsiya hallarının rol oynaması da istisna olunumur. Əks təqdirdə tikinti şirkətlərinin davamlı olaraq və böyük miqyasda dələduzluq edə bilmələrini necə yozmaq mümkündür?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar