Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tıxacı kim yaradır?


Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzinin qarşısında günün bütün saatlarında tıxac və sıxlıq olur. Səbəb isə nə qədər qəribə olsa da avtomobillər deyil


Prospektin həmin hissəsində piyadalar üçün keçid var. İlk baxışda normal haldır. Çünki piyada zolaqları ("zebra"lar) hərəkətin təhlükəsizliyi və rasional şəkildə tənzimlənməsi baxımından çox vacibdir. Amma yolun sözügedən hissəsində bu zolaqlar hərəkətə mane olur. Nəticədə uzun tıxaclar yaranır.

Belə ki, yol hərəkəti qaydalarına əsasən avtomobillər burada günün bütün saatlarında piyadalara yol verməyə məcburdur. Bura isə şəhərin mərkəzidir. Metronun çıxışına yaxındır. Bu üzdən orada günün demək olar ki, 12-13 saatı izdiham olur. Avtomobillər piyadaları bəzən yarım saat, hətta daha çox gözləməyə məcburdur. Səbri çatmayan sürücülər isə bəzən gözləmir ki, bu da daha böyük təhlükə mənbəyidir. Adıçəkilən yerdə nə yeraltı keçid, nə də işıqfor var.

Bəs burada işıqfor qoyulması mümkündürmü? Bu, daha düüzgün olmazdımı?

PİA.AZ bildirir ki, virtualaz.org bu sualı Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkət təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə ünvanlayıb. K.Əliyev sayta açıqlamasında bildirib ki, Azadlıq prospektinin "28 Mall" ticarət və əyləncə mərkəzinə yaxın hissəsində işıqfor quraşdırılması ilə bağlı təkliflər planı hazırlanıb: "Biz sırf həmin yerlə bağlı təklif hazırlamışıq. Orada tezliklə dəyişiklik olacaq. Nəzərdə tutulub ki, piyadalar üçün işıqfor quraşdırılsın. O ərazidə piyadaların çoxluğu nəqliyyatın hərəkətində problem yaradır və sıxlığa səbəb olur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar