Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Yaqublu və İlqar Məmmədovdan xəbər yoxdur


Müsavat Partiyası hazırda həbsdə olan Tofiq Yaqublunun və İlqar Məmmədovun harda saxlanması haqda məlumat verilməməsi barədə bəyanat yayıb


Partiyadan PİA.AZ-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, qondarma “İsmayıllı işi“ adı altında 1 il 8 aydır qanunsuz həbsdə saxlanılan Müsavat Partiyasınınn başqan müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının sədri İlqar Məmmədov hakimiyyət tərəfindən 7 gündür ailəsindən, ictimaiyyətdən gizli saxlanılmaqdadır. Penitensiar xidmətin rəhbərliyinin bu qanunsuz davranışı, vicdan məhbuslarının ailəsi ilə qanunun imkan verdiyi çərçivədə xəbərləşmə hüququndan məhrum etməsi bizdə onların işgəncəyə məruz qalmaları haqda ciddi şübhələr yaradır: “Məhkəməsi yekunlaşmış və vicdan məhbusu olan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Yadigar Sadıqovun, eləcə də uzun müddətdir istintaq altında saxlanılan 100-dən artıq digər vicdan və siyasi məhbusların azad edilməsini bütün dünya ictimaiyyətinin qətiyyətlə tələb etdiyi bir vaxtda Azərbaycan Milli Məclisinin 30.09.2014 tarixli sessiyasında Avropa İttifaqının qanunsuz həbs edilmiş bu şəxslərin dərhal azad edilməsi haqda qətnaməsini əleyhinə qərar qəbul etməsi və qararına Avropa İttifaqı ilə münasibətlərinə yenidən baxmaqla baglı hədələyici notlar salması fonunda Azərbaycan hakimiyyətinin Tofiq Yaqublu və İlqar Məmmədovla baglı belə qeyri-humanist davranışı hiddət dogurur.

Müsavat Partiyası tələb edir ki, hakimiyyət özünün qeyri-qanuni hərəkətlərindən əl çəkməli, Tofiq Yaqublunun və İlqar Məmmədovun ailəsi ilə xəbərləşmə hüququnu dərhal təmin etməlidir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar