Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Yaqublunun əfvi üçün prezidentə müraciət edildi


İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Tofiq Yaqublunun əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib


PİA.AZ xəbər verir ki, bu haqda modern.az-a açıqlamasında işçi qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənanyarlı deyib.

 O, bildirib ki, Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu üçün ayrıca müraciət edilib və Nərgiz Yaqublunun rəhmətə getməsi də müraciətə əlavə olunacaq: “Çox güman ki, Tofiq bəy yaxın zamanlarda azadlığa buraxılıb ailəsinə qovuşacaq”.

S. Bənənyarlı onu da qeyd edib ki, İşçi Qrupu mütəmadi olaraq fəaliyyətini davam etdirir: “Bütün ərizələrə baxılır və müzakirəyə çıxarılır. Çalışırıq ki, bizə daxil olan müraciətlərin hamısına baxıb, lazımi sənədləri əfv komissiyasına göndərək. Biz gözləyirik ki, may ayının sonunda əfv fərmanı veriləcək. Əfv sərəncamın verilməsi birbaşa prezidentin səlahiyyətindədir”.

Səadət Bənanyarlı bu il əfvlə bağlı hazırladıqları siyahıda tanınmış məhkumlardan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Nemət Pənahlının, Əli İnsanovun, Akif Muradverdiyevin, “Nida”çı gənclərin və digər şəxslərin adlarının olduğunu vurğulayıb: “Monitorinq qrupu olaraq özümüzün də siyahımız var. Həmin siyahıda hüquqları pozulmuş qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, siyasi motivlərlə həbs olunmuş insanların və jurnalistlərin adları var. Ümid edirik ki, siyahıda olanların bir çoxu azadlığa buraxılacaq”.  

Xatırladaq ki, T. Yaqublunun əfvi ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da ölkə prezidentinə müraciət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar