Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tövlədə yaşayan qayınana...


Xuraman Hüseynzadə yazır


Maksim Qorkinin “Ara həkimi” hekayəsində ara həkimi İvanixa qarı öz pişiklərindən danışarkən deyir: “Bunlar ağıllı heyvandı., heç kimə inanmırlar. Yaddaşları da yaxşıdı: döydünmü, yaddan çıxarmayacaqlar. Beş ildən sonra da, heç gözləmədiyin məqamda yadına düşəcək. Amma adamların yaddaşı zəifdi; onları döyəni yadda saxlaya bilmirlər.”

Nə bilim... Bəlkə də yaxşı xüsusiyyətdi unutqanlıq. Bizim ellər “Səni daşla döyəni sən aşla döy”, “Qaranı qaraya tutmazlar”, “Biriniz od olanda o biriniz su olun” kimi sözlərlə sülhə səsləyir insanları. Sülhün tərəfində olmaq triumfdu-qarşı tərəf bunu məğlubiyyət kimi anlasa belə... Həyat isə göstərir ki, hərdən İvanixa qarının dediyi kimi, pişik yaddaşına sahib olmaq lazımdı...

***

Ağca nənə rəhmətə getdi. Heç kimə əziyyət vermədən köçdü bu dünyadan. Kiçik nəvəsi Elgünün ali məktəbə qəbul olması münasibətilə keçirdikləri məclisdə deyib-gülüb, şənlənib. Səhər isə oyanmayıb. Həmişə günəşdən əvvəl oyanan Ağca nənəni bu dəfə günəşin isti, yaxıb-yandıran şüaları da oyada bilməyib... Gəlini Güldanənin yanında dəfn elədilər Ağca nənəni.

***

Özü inişil-Güldanə xərçəngdən dünyasını dəyişəndə vəsiyyət edibmiş bunu. İndi gəlin-qayınana yanaşı uyuyurlar torpağın altda. Qoşa başdaşını görən tanış-biliş “kaş torpağın üstündə də belə yanaşı duraydılar” deyəcək yəqin.

Oxşar gəlin-qayınana problemiydi onlarınkı da. Yola getmədilər. Axırda gəlin çıxıb getdi anasıgilə. Şərt qoydu ki, o evdə ya qayınanası yaşayacaq, ya da o. Oğlunun ailəsini dağıtmamaq üçün ayrılmağa qərar verdi Ağca nənə. Həyətdəki yarıuçuq tövləni təmir etdirib yazığı köçürdülər ora.

Güldanə xəstələnib yatağa düşəndə Ağca nənə bir dəqiqə də olsun, tək qoymadı onu. Doğma ansından çox çəkdi zəhmətini. Kimi görsə deyirdi, dua eləyin, gəlinim sağalsın.

Güldanə rəhmətə gedəndə fəryadını görəydiz kaş Ağca nənənin...

Deyirlər, gəlininin ölümünə dözə bilmədi arvad. Ağlayırmış hər gün. Qəbiristanlıqla evin arasında əsir-yesir olubmuş.

***

Hardan yadıma düşdü İvanixanın pişikləri... (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar