Tovuzda zəhərlənmə hadisəsi baş verib
"Kəpəz TV"-nin verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakinləri Xəqani Yusifov, həyat yoldaşı və 5 uşağı pomidor turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Tovuz Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti ağırdır. Digər zərərçəkənlərin vəziyyəti isə hazırda normaldır.