Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda qədim şəhər aşkarlandı


Kəşf edilən Abdal şəhərinin 2-3 min yaşı var; şəhər sasanilər tərəfindən dağıdılıb


Cəlaləddin Qasımov: “20 ildir ki, bu şəhəri axtarırdım”

Hər bir ölkə keçmişi ilə fəxr edir. Keçmişi olmayan ölkənin gələcəyi olmaz. Bu baxımdan Azərbaycan qədim tarixə malik bir ölkədir. Keçmişi zəngin olduğu üçün gələciyi də parlaq görünür. Zəngin xəzinəni xatırladan torpaqlarımız ölkəmizin qədimiliyini bir daha sübut edir. Məhz bu amillərə görə hər zaman dünya ölkələrinin diqqəti Azərbaycanda olub.

Ölkəmiz həcmi böyük olan kitabı xatırladır. Hər vərəqlədikcə qədim diyarları özündə əks etdirən şəhər, abidələr kəşf edilir. Bütün bunlar dediklərimizə əyani sübutdur. 

Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş araşdırmaçı-tarixçi  Cəlaləddin  Qasımov tərəfindən qədim şəhərlərimizdən biri olan Tovuzda Abdal şəhəri kəşf edilib. Bu şəhər indiki Avdal kəndindən 8 km məsafədə, Avdal çayının baş tərəfində, Şəmkirlə sərhəddə yerləşir. Belə ki, ordan Şəmkirə dağların arası ilə 4 km yol var. Bir tərəfdə isə Gədəbəy rayonudur.

Cəlaləddin Qasımov etdiyi kəşfin tarixçəsi ilə bağlı bunları deyib: “BDU-da oxuyarkən belə bir şəhərin olduğunu təxmin etmişdim. 20 ildir ki, bu şəhəri axtarırdım. Nəhayət 20 gün bundan öncə tapdım. Burada yerləşən dərə əvvəllər Hunna adlanıb. Sonralar tədricən Xınna halına gəlib və hazırda bu adda tanınır. Mənbələrdə göstərilir ki, abdallar Qarabağ zonasında yaşayıblar. Mən fikrimdə qalaraq, kəşf etdiyim yerə getdim. 8 saata yaxın üzüyuxarı dağlara piyada qalxdım. Kəşf etdiyim şəhərin tarixi 2-3 min ilə gedib çıxır. Bu barədə AMEA-ya şəkillər vermişəm.

 Ən uğurlu işlərimdən biri Çingiz xan haqqında romanımdır. Dağların içərisində 4 saray olduğunu göstərmişəm. Həmin saraylardan biri tapıldı. Digərlərinin olduğuna əminəm. Bu barədə mətbuatda xəbərlər gedib. Digər sarayların tapılması ilə bağlı işlər davam edir. Tovuzda 32 qala gəzmişəm. Ondan sonra bu şəhərin olduğunu aşkarladım. O şəhərin fundamentinin qalıqları qalıb. Bunların çoxu torpağın altındadır. V əsr Roma tarixçisi də Abdal tayfaları barədə yazıb. Araşdırmalarım onu göstərir ki, Atillanın ən yaxın sərkərdələri də alban və abdal tayfaları olub”.

Tarixçi kəşf etdiyi şəhərin dağıdılmasından da danışıb: “Abdal şəhəri IV əsrdə sasanilər, sonralar ərəblər tərəfindən işğal olunub. Bu barədə araşdırmalarım davam edir. Bu şəhər Tovuz ərazisində yerləşir. Azərbaycanda 4 şəhərdə Abdal adlanan yer var. Bu yerlərin hər birini gəzmişdim. Alban tarixini bütün ölkələr oxuyur. Albaniyanın sonradan türkləşdiyini deyirlər. Amma qədim Albaniya dövlətində əsas aparıcı tayfa abdallar olub. Türkdilli tayfalardır. Hətta Xətai çox şeirlərində abdal tayfasına məxsus olduğunu bildirib. Şeirlərinin son bəndlərinin çoxunda bunu açıq-aşkar göstərib”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar