Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda yol polisi əməkdaşını avtomobil vurub


Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu avtomobil vurub

 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz-Əlibəyli avtomobil yolunun 6-cı kilometrliyində, Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.
 
Tovuz rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru, Tovuz şəhər sakini, 1968-ci il təvəllüdlü Elmar Xəlilov xidməti vəzifəsini həyata keçirərkən hərəkətdə olan, 10 RZ 996 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobili saxlamaq istəsə də, sürücü rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Bayram Qasımov maşınla polis inspektorunu vurub. 

Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol aşağı ətrafın travması diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar