Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzdakı partlayışda yaralanan qadın danışdı - VİDEO


Azərbaycan - Ermənistan təmas xəttinə yaxın olan Tovuzun Əlibəyli kəndində partlayış baş verib. Partlayış yaşayış evlərinin birində, ev sahiblərinin topladığı odun içində partlamamış güllənin olması nəticəsində baş verib. Hadisə nəticəsində iki nəfər ağır yaralanıb.


ANS TV-nin bölgə müxbiri xəbər verir ki, partlayış isə ötən gün gecə saatlarında ev sahibəsinin odun sobasını yandırmaq istəyərkən güçlü partlayış baş verib. Belə ki, ev sahibi, 1964-cü il təvəllüdlü Atlaz Mehvalı qızı Şirinova meşədən qış üçün tədarük edilən odunu evə gətirib. Odunun içində partlamamış güllə olub. Odun sobaya atılan zaman güclü partlayış baş verib. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Atlas Şirinova Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Yaralı Atlas Şirinovanın sözlərinə görə, odunun içində partlamamış güllə olub: “Bizim isə bundan xəbərimiz olmayıb. Bir neçə odun götürüb odun sobasına atıb yandırdım. Odun yanandan sonra qazı bağladım. Bu zaman partlayış baş verdi. Bir anlığa nəyin baş verdiyini anlamadıq, elə bildik ki, ermənilər atır. Nətıcədə odun sobası sıradan çıxdı, qəlpələr isə ayağımı ağır yaraladı”.

Ehtimal olunur ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsin mütəmadi olaraq pozması nəticəsində atılan güllələrdən biri odunun içərisində ilişib qalıb. Bundan isə ev sahiblərinin xəbəri olmayıb. Məhz odunun içərisində qalan partlamamış güllə odun sobasının daxilində partlayıb.

Qeyd edək ki, Tovuzun Əlibəyli kəndində mütəmaddi olaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalır. Nəticədə həm kənd sakinlərinin özlərinə, həm də mülklərinə ziyan dəyir.






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar