Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toy-yas mafiyasının qələbəsi



Dünən toydaydıq, məclisə baxdım, yadıma düşdü


Ötən ilin sentyabr ayı idi, qəfildən, obrazlı desək, aydın səmada şimşək çaxdı, mediada xəbərlər dolaşmağa başladı ki, toy və hüzr məclislərində israfçılıq halları ərşə dirənib, hökumət bu işdən narazıdır və tədbir görəcək.

Mövzu göydə götürldü, saytlar, qəzetlər, agentliklər, bloggerlər - hamı döşənib bu barədə yazmağa başladı. Söhbətə ziyalılar, deputatlar da qarışdı.

Məlum oldu ki, hamının ürəyi doluymuş, hüzr və toy məclislərindəki təmtəraq, təntənə, mənasız israfçılıq hər kəsin yaralı yeriymiş.

Bu xüsusda yazıldıqca yazıldı və ortaya çox eybəcər bir mənzərə çıxdı: hər kəs toy və hüzr məclislərinin bu cür “pulgöstərmə yarışı”na çevrilməsindən narazıdır, amma heç kəs də özünə gələndə bu ənənəvi prosedurlardan imtina etmir.

Bunun da sirri tezliklə çözüldü. Ortaya çıxdı ki, toyxana və yasxana işlədən sahibkarlar öz menyularını, qiymətlərini və ayinlərini diktə edirlər və bununla razılaşmamaq mümkün deyil. Heç kim istəmir ki, hər kəs üçün ömürdə bir dəfə olan toy (eləcə də yas) məclisi urvatsız olsun.
Bu söhbət çox böyüdü, yoğunladı, şadlıq evi və yasxana işlədənlərin mafioz elan edilməsinə qədər yekəldi.

İndi hökumət məcbur idi ki, mafiozlarla mübarizə aparsın. Komissar Kattani lazım idi, tapılmırdı. Arada Din Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu funksiyanı öz üzərinə götürdü, amma onun da gücü yalnız hüzr məclislərinə çatdı. Hərçənd hüzr məclisləri ilə müqayisədə toylarda israfçılıq halları 10 dəfə artıq idi.

Ağzımızda mafiya deyirik. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi, araya məhərrəmlik düşdü, toylarda iki aylıq fasilə əmələ gəldi, toy səsi də kəsildi, istər-istəməz müzakirəsi də. Səfər ayı bitəndən sonra toylar qaldığı yerdən davam etməyə başladı - həmin təmtəraq, həmin menyu, həmin, masalar, həmin qiymətlər.

Yeni toy mövsümündə qismət olub, bir neçə toyda iştirak etmişik, heç bir fərq yoxdur. Hətta dünən diqqət etdim ki, toy menyusu bir az da zənginləşib. Salatların çeşidi artıb, kolbasaların növü çoxalıb, ağ və sarı pendirin böyründə motal pendiri də yer alıb. Spirtli və spirtsiz işkilərin sayında və növündə də artım var. Əvvəllər süfrəyə verilən totuq broiler toyuğunu isə “kənd toyuğu” kimi  sırınan arıq broyler toyuğu əvəz edib.
Başqa sözlə, yenə hər bir şəxsə 3-4 qarınlıq yemək təklif edilir. Yeyib-içən kişilər bu qədər yükün öhdəsindən birtəhər gəlsələr də, qadınlar əzmlə mübarizə aparır, normadan artıq yeməməyə çalışırlar, nəticədə hər toyda yüz çadırlıq suriyalı qaçqınları doyuracaq qədər yemək-içmək artıq qalır.

Baxırsan ki, israfçılığa qarşı kampaniya söz imiş, dəyirman və onu işlədən mafiozlar öz işindədir. Təmtəraqlı toy industriyasına heç kəs bata bilməz. Onlar qonaqlara təklif etdikləri yemək və içki çeşidlərini də artıracaqlar, qiymətləri də. Biz də növbə ilə bir-birimizin, dostların, qohum-əqrəbanın  pulunu  toplayacaq, aparıb onlara verəcəyik. Beləcə, “ömürdə bir dəfə olan məclis” üçün insanların növbə ilə soyulması prosesi davam edəcək.

Neçə illərdir, beləydi, indi də belədir. Bəs ötən ilin sentyabrında o nəydi, nə haqq-hesabıydı? Camaatın başına niyə oyun açdılar? Şəmkidə, Lənkəranda, İmişlidə ahıl ataları vəfat etmiş oğulların ehsanı nəyə görə teştdə, qazanda qalmalıydı?
Budur, Google-də axtarış vermişəm, qarşıma belə bir xəbər çıxıb: “Lənkəranda kütləvi ehsan yığışdırıldı”. Yazının içini oxuyursan, yazılır: “Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev ehsan mərasimlərində israfçılığın aradan qaldırılması məqsədilə görülən tədbirlərdən danışıb”.

Nə oldu o tədbirlər, davam edirmi, Əlimərdan müəllim? Bildiyimə görə, etmir. Toylarda olduğu kimi, yaslarda da camaat yenə köhnə ehsan menyusuna qayıdıb.
Ara yerdə hər kənddə, qəsəbədə hüzrü o kampaniyaya düşən neçə adam əzizinə ehsan verə bilməməsinin dərdini (bəlkə də töhmətini) daşıyır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar