Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toylarla bağlı yeni “qadağa“


“Qonaqların sayı 200 nəfərdən çox olmamalıdır”


Mətbuatda yayılan xəbərlərə görə, Bakıdakı şadlıq evi və restoranlara bundan sonra təmtəraqlı nişan mərasimləri və sünnət toylarının keçirilməsindən imtina etmələri barədə qeyri-rəsmi göstəriş verilib. 

Artıq paytaxtdakı şadlıq evləri və restoranların sünnət toyları, ad günləri, nişan mərasimlərndən imtina etdikləri söylənilir.

Bu, bir faktdır ki, son vaxtlar şadlıq evləri və restoranlar təkcə kiçik və böyük toy məclislərinin deyil, nişan, ad günləri, hətta elçilik mərasimlərinin keçirildiyi məkanlara çevirilib. 

İndi isə yas mərasimlərinə tətbiq olunan qadağaların şənliklərə də aid ediləcəyi deyilir. İctimai qınağın bu sahədən də yan keçməyəcəyi bildirilir. Baxmayaraq ki, istər əhali, istərsə də iaşə obyektləri sahibi ictimai qınağı birmənalı qarşılamır.
 
“Kiçik toy məclislərinə “əl gəzdirsələr” pis olmaz”

Yayılan xəbərlərə münasibət öyrənmək üçün paytaxtdakı bir neçə şadlıq evləri ilə əlaqə saxladıq.
“Xudafərin” şadlıq evinin adminstratoru Ramiz Məmmədov bu barədə artıq məlumatlı olduqlarını dedi: “Bu, insanların şəxsi istəyinin məhdudlaşdırılmasıdır. Bunu düzgün qərar saymıram. Əgər bu, restoranın da təklifləri nəzərə alınmaqla olarsa, razılaşa bilərik. Amma belə ayrı-ayrı adamların istəyi ilə gələn təklif əsasında iş qurmaq düzgün yanaşma deyil. Toylar bizim dədə-babadan qalma adətimizdir. Düzdür, indi bir qədər ifrata varırıq, amma müəyyən məhdudiyyətlər qoyulmaqla, qaydaya salmaq olar”.
 

Adminstrator şənliklərdə bayağılığın, israfçılığın olduğunu əsas tutaraq rəsmi şəkildə bu sahəyə diqqət ayrılmasını vacib sayır: “Əsasən də kiçik toy məclislərinə “əl gəzdirsələr” pis olmaz. Yəni biz İslam dövləti sayılırıq və bildiyiniz kimi sünnət də islamın bir qaydasıdır, amma biz bu mərasimi içki içərək, əylənərək qeyd edirik. Bu, nə dərəcədə düzgündür axı? Güman edirəm ki, müdaxilə zamanı bu məsələlər də nəzərə alınacaq”.
 
“Qonaq sayı 200 nəfərdən çox olmamalıdır”

“Üzeyir” şadlıq evinin direktoru Nofəl Əliyev deyir ki, onlara çatan xəbər qonaqların sayının məhdudlaşdırılması ilə bağlıdır: “Bizdə olan məlumata görə, məclisdə qonaq sayı 200 nəfərdən çox olmamlıdır. Əslində, “Üzeyir” şadlıq evinin qonaq tutumu elə də çox deyil – 250, 280 nəfər üçün nəzərdə tutulsa da, maksimum 180-200 nəfər qonağımız olur. Amma digər böyük restoranlar üçün bu, düzgün qərar deyil. Yəni bəlkə kiminsə dost-tanışı 500-1000 nəfər ola bilər, buna necə demək olar ki, dostunu toyuna çağırma”. 

Nofəl Əliyev deyir ki, toy vaxtı yoxlamaların aparılacağı, qonaqların sayının 200-dən çox olduğu təqdirdə tərəflərin cərimələnəcyi bildirilir: “Deyilənə görə, qonaq sayı çox olarsa, məclis sahibini də, restoran rəhbərliyini də cərimələyəcəklər. Son vaxtlar elə bütün yoxlamaları şadlıq evləri, restoranlara yönəldiblər. Bu qədər müdaxilə bu sahənin müflisləşməsinə səbəb ola bilər”.

Müsahibimizin sözlərinə görə, rəsmi şəkildə göstəriş olmasa da, ağızdan-ağıza eşitdikləri sözlərdən irəli gələrək artıq hazırlığa başlayıblar: “Başqa çıxış yolumuz yoxdur, qazanc üçün deyilənlərlə razılaşmaqdan başqa heç nə edə bilmərik”.
 
“Qaydalara əməl olunmayacaq”

İstər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə keçirilən yoxlamaların və ictimai qınağın müsbət nəticə verməyəcəyini deyən Azad İstehlakçılar Birliynin sədri Eyyub Hüseynova görə, bu yolla nəyəsə nail olmaq mümkün deyil: “Bu, əslində həyata keçiriliməsi zəruri olan tədbirlərdir. Lakin hökumət bunu inzibati imkanları çərçivəsində reallaşdıra bilməyəcək. Necə ki, şadlıq evləri tətbiq olunan standartlardan kənar fəaliyyət göstərir, eləcə də bu qaydalara əməl olunmayacaq. Şadlıq evlərində tələbin təklifi üstələdiyi bir vaxtda qayda-qanun yaratmaq çox çətin olacaq. İnsanların şüurunda dəyişiklik etmək lazımdır. Yəni elə etmək lazımdır ki, onlara dəyən ziyandan və faydadan xəbərdar olmaqla nəticə çıxarsınlar”. 

Ekspert hesab edir ki, şadlıq evləri ilə sifarişçi arasında müqavilə bağlamaqla xoşagəlməz halları aradan qaldırmaq mümkündür: “Sifarişçi ödədiyi vəsaitin müqabilində göstərilən xidmət barədə son qəpiyinədək məlumatlı olarsa, nə qadağaya, nə də ictimai qınağa gərək qalar. Hətta aidiyyəti qurumların restoranların qiymət siyasətinə müdaxiləsi də tərəflər arasında narazılıq yarada bilər. Müştəri var ki, bahalı içki istəyir, bahalı qidalara üstünlük verir. Həmin adama necə demək olar ki, sən məcburən ucuz qidadan istifadə etməlisən. Restoran və iaşə obyektlərində qiyməti tənzimləməyin müxtəlif yolları var və onlar arasında ictimai qınaq və qadağalar yoxdur. Bu liberal bazar iqtisadiyyatına zidd addımdır”.
 
“Korrektəyə ehtiyac var”
 
Mövzu ilə bağlı açıqlama verən millət vəkili Fazil Mustafanın sözlərinə görə, bazar iqtisadiyyatı dövründə bu sahəyə qadağaların qoyulması düzgün deyil: “Bu sahədə nizam-intizam yaratmaq tövsiyə xarakterli olarsa, bu, daha məqbul sayılar. Menyuların bir qədər sadələşdirilməsi və qiymətlərin aşağı salınması vətəndaşların da güzəranına müsbət təsir edər. Onsuz da harınlamış adam necə olsa da öz niyyətini həyata keçirəcək, amma qayda-qanun çərçivəsində olarsa, sadə adamlar da faydalanmış olar”.
 
Millət vəkili məsələnin xüsusi olaraq parlamentdə müzakirə olunacağını güman etmədiyini dedi: “Deputatlar məsələni qaldıra bilər. Amma bunun qanunla tənzimlənməsini deyil, cəmiyyətin öz içində düşünərək həll edilməsini istərdim. İstər kiçik toy məclislərinin, istərsə də ad günü və digər məclislərin ləğv olunmasının tərəfdarı deyiləm. Həmin məclislərdə yaxın adamları bir yerə toplamaq ənənəsini yaratmğa çalışmaq lazımdır. Yəni bu məclislərin məqsədində korrektəyə ehtiyac var”.
 
Fazil Mustafa deyir ki, insanları mərsimlərdə görüntü xatirinə iş görməkdən çəkindirməklə çatışmazlıqları aradan qaldırmaq olar.(teleqraf.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar