Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Adminstrasiyası İranın Suriyada və İraqda möhkəmlənməsinə niyə dözüm nümayiş etdirir?


Aqil Ələsgər: “Necə olur ki, Kərkük bir güllə belə atılmadan İrana təslim edildi? İraq ordusu Bərzanidən bu şəkildə torpaqları, daha doğrusu zəngin neft yataqlarını necə geri aldı? Bu suallar bu gün çox önəmlidir”


“Faktiki olaraq Türkiyə oyundan kənar vəziyyətə salınıb. Məncə bunu xüsusi olaraq edirlər ki, Osmanlı imperiyasının mirasçısı olan Türkiyə Yaxın və Orta Şərqin yenidən dizaynlanmasında aktiv iştirak edə bilməsin”.

Bu sözləri araşdırmaçı yazar Aqil Ələsgər Tramp Adminstrasiyasının İranın Suriyada və İraqda hər gün daha çox möhkəmlənməsinə dözüm nümayiş etdirməsi səbəbini PİA.AZ-a şərh edərkən qeyd edib.

İraq silahlı qüvvələrinin Kərkük keçirdiyi əməliyyat dünya mediasının əsas mövzularındandır. Peşmərgələrin Kərkükün cənubundan geri çəkilməsindən dərhal sonra, kürd muxtariyyəti Ərbildən Kərkükə əlavə qüvvələr göndəriləcəyi barədə açıqlama versə də, bu məlumat təsdiqini tapmadı. İlk mərhələdə İraq qüvvələri Kərkük ətrafında iki neft yatağında, eləcə də bir hərbi hissədə nəzarəti ələ keçirdi. Ələ keçirilən neft yataqları Baba Qurqur və Bay Həsən oldu. Daha sonra isə, hava limanı və bir neçə digər strateji məntəqələr peşmərgədən geri alındı. Sözsüz ki, Bərzaninin “müstəqilləşmə” yolunda atdığı addımlar mərkəzi İraq hakimiyyətini və İranı da narahat etməyə bilməz və son hadisələrdən sonra  demək olar ki, Kərkük artıq beynəlxalq qüvvələrin maraqlarının toqquşduğu məkana çevrilib. Bu arada, onu da qeyd etmək lazımdır ki, Türkiyədə də kürdlər fəallaşıblar. Amma hazırda Türkiyənin əsas hədəfi İraqin ərazi bütovlüyünün qorunmasıdır.

Qeyd edək ki, İraq ordusunun Kərkükü və digər əraziləri kürdlərdən geri almasından sonra belə bir fikir formalşır ki, əslində İraq tamamilə İranın nəzarəti altına keçir. Hazırda Türkiyənin İraqda və Kərkükdəki mövqeləri ilə bağlı nə demək mümkündür və niyə İrana qarşı sərt mövqe sərgiləyən Tramp Adminstrasiyası İranın Suriyada və İraqda hər gün daha çox möhkəmlənməsinə dözüm nümayiş etdirir? Bunu ABŞ-ın gücsüzlüyü ilə əlaqələndirmək mümkündür, yoxsa Vaşinqtonun başqa planları ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Yeni Çağ” portalının baş redaktoru, araşdırmaçı yazar Aqil Ələsgərə müraciət edib.



Aqil Ələsgər: “Baş verən hadisələrdən sonra bölgədə zəifləyən qüvvə Türkiyə olacaq”.


Orta Şərqdə ABŞ-ın da, İsrailin də ən yaxın, ən etibarlı partnyorunun İran olduğunu qeyd edən araşdırmaçı yazar Aqil Ələsgər əlavə edib ki, aralarında nə qədər savaş olsa da, onlar bir balansı qoruyurlar:

“Nə qədər təzadlı görünsə də, Yaxın və Orta Şərqdə ABŞ-ın da, İsrailin də ən yaxın, ən etibarlı partnyoru İrandır. Bu təzadlı görünə bilər, çünki onlar arasındakı münasibətlər o qədər də yaxşı deyil. Amma fakt faktlığında qalır ki, aralarında nə qədər savaş olsa da, İrana qarşı nə qədər sanksiyalar tətbiq olunsa da, onlar bir balansı qoruyurlar. Yəni 2001-ci ildə Orta Şərqdə hadisələr başladıqdan sonra hamı dedi ki, İran vurulacaq. Artıq hadisələrin üzərindən neçə illər keçməsinə baxmayaraq, bu müddətdə İran regonda nəyinki zəiflədildi, əksinə olaraq İran daha da gücləndirildi və regionda söz sahibinə çevrilən bölgəsəl gücə çevrildi. 

Diqqət edərsəniz, “Ərəb baharı”ndan sonra İraq, Suriya və Afrikanın bir sıra ölkələrində İranın mövqeləri çox gücləndi və hətta mən deyərdim ki, İraq, Suriya, Yəmən kimi terror və vətəndaş müharibələrinin yuvalarına çevrilən ölkələr faktiki olaraq İranın nəzarətinə keçdi. Bütün bunlar da tamamilə ABŞ-ın gözünün önündə baş verdi. 

Bildiyimiz kimi artıq neçə illərdir İraqda olan mövcud hakimiyyət İran tərəfindən idarə olunur. Həmçinin Suriyadakı Bəşər Əsəd rejimi bütün strateji addımmlarını Tehrandan aldığı təlimatlarla atır. Amma onu da qeyd etmək lazımdır ki, Şimali İraq daha çox ABŞ-ın və İsrailin nəzarəti altında idi. Çünki orada ABŞ və İsrail kürdlərə müəyyən təlimlər keçirirdi.

Aqil Ələsgər: “Yaxın və Orta Şərqdə ABŞ-ın da, İsrailin də ən yaxın, ən etibarlı partnyoru İrandır”.


Lakin indi tamam qarışıq bir vəziyyət yaranıb. Məsələ burasındadır ki, İraqın Kərkükdəki ordusu tamamilə İranın, yəni general Qasim Süleymaninin nəzarətində olan bir ordudur. Necə olur ki, Kərkük bir güllə belə atılmadan  İrana təslim edildi? İraq ordusu Bərzanidən bu şəkildə torpaqları, daha doğrusu zəngin neft yataqlarını necə geri aldı? Həmçinin düşünmək lazımdır ki, müstəqilliyini elan etmiş bir dövlətin əsgəri niyə bu şəkildə qaçsın? Halbuki üzun müddət Kərkükdə vuruşa bilərdilər. Hətta ABŞ-ın və İsrailin yardımı ilə Bərzani İraqı parçalaya bilərdi. Bu suallar bu gün çox önəmlidir və məncə bu sualların cavablarını biz bir neçə ildən sonra alacağıq. Bəlkə də Bərzani İraq höküməti ilə danışıqlar masasına oturandan sonra bu sualların cavabını biləcəyik.

Bütün bunların hamısı ABŞ-ın artıq Yaxın və Orta Şərqdə yeni dizaynını göstərir. Onu da qeyd edim ki, çox təəssüf ki, Türkiyənin bu strateji zaman çərçivəsində ABŞ və Almaniya başda olmaqla NATO müttəfiqləri ilə çox ciddi problemlərİ yarandı. Yəni faktiki olaraq Türkiyə oyundan kənar vəziyyətə salınıb. Məncə bunu xüsusi olaraq edirlər ki, Osmanlı imperiyasının mirasçısı olan Türkiyə Yaxın və Orta Şərqin yenidən dizaynlanmasında aktiv iştirak edə bilməsin. 

Baş verən bu hadisələrdən sonra hesab edirəm ki, bölgədə zəifləyən qüvvə Türkiyə olacaq. Çünki Türkiyənin həm Qərb müttəfiqləri ilə, həm də yerli oyunçular arasında çox ciddi uçurum var. Yaxın zamanda münasibətlərin normallaşmasını isə ehtimal etmirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar