Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Avropaya qarşı - Avropa Birliyini nə gözləyir?


Mətbuata hər gün Donald Trampın Transatlantik münasibətlərini ciddi sınağa çəkməsi barəsində siqnallar daxil olur


 Tramp Meksika və Çini ABŞ-ın ticarət düşmənləri adlandıraraq, bu ölkələrə qarşı cəza tədbiri kmi gömrük rüsumları tətbiq edəcəyi ilə yanaşı, onların ünvanına sərt ifadələr söyləməkdən də çəkinmir. 

Bundan başqa, gələcək ABŞ prezidenti Avropa Birliyi (AB) və NATO-nu da kəskin tənqid edib.

O, Avropa Birliyini baş tutmayan layihə sayır. NATO-nu isə köhnəlmiş təşkilat adlandırıb. Tramp deyib ki, AB ABŞ-ın ticarət rəqibi olaraq yaradılıb və o, vəzifə başına keçən kimi Böyük Britaniyaya beynəlxalq iqtisadi inteqrasiyanın mərhələlərindən biri olan pereferensial ticarət müqaviləsi bağlamağı təklif edəcək.

Hər iki halda o təhlükəli və narahatlıq doğuran davranışa yol verərək, həm Amerika, həm də Avropa üçün təhlükəsiz, azad və çiçəklənən Transatlantik məkanını riskə qoyub.

Amma narahatlıq təkcə Böyük Britaniyanın AB-dən tezliklə çıxmasına Trampın nə dərəcədə kömək etməsi ilə bağlı deyil. B.Britaniyanın ABŞ ilə ticarət müqaviləsi bağlaması üçün onun AB-dən çıxma prosedurunu tamamilə yerinə yetirməsi lazımdır. Bu isə iki il çəkə bilər. Məsələ ondadır ki, Tramp AB-ni və Almaniyanı suriyalı qaçqınları B.Britaniyaya tökməklə “Brexit” törətməkdə ittiham edir.

Bu büsbütün yalan bəyanatdır. Suriya böhranının elə ilk başlarından London qaçqınlarla bağlı məsələdəki Avropa həmrəyliyindən və Avropa prinsiplərindən uzaqlaşmaq qərarına gəlmişdi.

Miqrant siyasəti ilə əlaqədar Angela Merkelin tənqid edilməsi ilə yanaşı Donald Tramp bildirib ki, əgər Almaniyanın “BMW” avtokonserni Meksikanın San Luis Potosi ştatındakı zavodun tikintisinə sərmayə qoyarsa, onda həmin avtomobillərin Amerikadakı satışına 30-35%-ə qədər rüsum qoyacaq. Tramp artıq “Ford”un istehsal üçün Meksikaya 1,6 milyard dollar sərmayə qoymamasına nail ola bilib. Göründüyü kimi, ABŞ-ın yeni prezidentinin Vladimir Putini tərifləməklə yanaşı, anti-Rusiya sanksiyalarının götürülməsini tələb etməsi, heç də şən gələcəkdən xəbər vermir. Əgər bunlara Trampın vəzifəyə keçdikdən dərhal sonra avropalıların ABŞ-a gəlmə şərtlərini sərtləşdirmək niyyətini də əlavə etsək, onda görərik ki, tezliklə Transatlantik gündəliyi tərəflər arasında gərginlik və fikir ayrılığı yaradacaq.
Parçalanmış Avropaya nisbətən birləşmiş Avropanın ABŞ-ın maraqlarına daha yaxşı xidmət göstərəcəyini Obama yaxşı anlaya bilmişdi. Elə məhz ona görə də, o, britaniyalılara müraciət edərək, onları Avropa Birliyindən çıxmamağa və bu birliyin təkmilləşdirilməsinə səy göstərməyə çağırmışdı.

İndi Avropanın parçalanmasını qızışdıran avrospektiklərə rəğbətlə yanaşan bir şəxs Vaşinqtonda prezident olacaq. Avropa bundan sonra aydın faktları inkar edərək, hər şeyin keçib gedəcəyinə ümid bəsləyə bilməz. Avropa qitənin taleyi və Transatlantik münasibətlər vektorundakı inkişafla əlaqədar Trampın təkliflərinə qarşı yüksək səslə özünün narahatlığını ifadə etməlidir. Bundan əlavə ABŞ-ın yeni administrasiyasına Avropa maraqlarını qorumaq naminə öz sərt qərarlığı barəsində birmənalı siqnal göndərilməlidir. (azpolitika.info)

(“El Pais”-İspaniya)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar