Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp indi də BMT-nin pulunu kəsir?


ABŞ büdcəsinin böyük bir qismini hərbi xərclərə ayıracağını duyuran Donald Tramp administrasiyası qalan sahələrə ayrılan maliyyə vəsaitlərini kəsmək niyyətindədir


Musavat.com xarici mediaya istinadən xəbər verir ki, büdcə kəsintisinə məruz qalacaq qurumlardan biri də məsrəflərinin böyük bir qisminin ABŞ tərəfindən qarşılandığı Birləşmiş Millətlər Təşkilatıdır.

“Dövlət Departamentinin əməkdaşlarına Birləşmiş Ştatların BMT-nin proqramlarına sərf etdiyi pulların yarıbayarı azaldılması yollarının axtarılıb tapılması tapşırılıb”, - Foreign Policy jurnalı bildirir.

Jurnalın yazdığına görə, bu kəsinti uşaqlar üçün peyvənd vurulması ilə bağlı proqramlardan tutmuş, nüvə silahlarının qeyri-qanuni şəkildə yayılmasını izləməyə, Suriya və Yəməndə sülh danışıqlarının aparılmasına qədər hər cür beynəlxalq əməliyyatı əhatə edir.

Həftənin 4-cü günü Ağ Ev 2018-ci il büdcə layihəsini dərc etməlidir.

“Gözlənildiyi kimi, Dövlət Departamenti, Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və xarici ölkələrə, təşkilatlara, o cümlədən BMT-yə yardımları nəzərdə tutulan proqramlar ən azı 37% kəsiləcək.

Məqalə müəllifi Kolum Linçin yazdığına görə, hazırda ABŞ tərəfindən BMT-yə ayrılan məbləğ 10 milyard dollar civarındadır.

“Artıq ABŞ diplomatları bağlı qapılar arxasında BMT üzvlərini “iri maliyyə kəsintilərinə hazır olmaları” barədə xəbərdarlıq etməyə başlayıblar”.

Siyasi təhlilçilərin rəyinə görə, maliyyə sekvestri əvvəlcə ABŞ Dövlət Departamentinin beynəlxalq təşkilatlar üzrə bürosunun büdcəsi tərəfindən maliyyələşən BMT proqramlarını vuracaq. Buraya BMT-nin sülhməramlı missiyası və UNİSEF kimi təşkilatlar da daxildir.

 Картинки по запросу <a href=UNİCEF">

“Görək BMT-nin Konqresdə olduqca populyar sayılan digər proqramlarının taleyi necə olacaq. Adını çəkilməsini istəməyən mənbələridən birinin dediyinə görə, Tramp administrasiyası humanitar yardımların maliyyələşdirilməsini də 36% kəsmək niyyətindədir”, -məqalədə qeyd olunub.

Ekspert Riçard Qaun (European Council on Foreign Relations ) bu cür iri miqyaslı sekvestrin xaos yaradacağını düşünür. 

“Keçən il BMT-nin qaçqınlarla iş üzrə idarəsi (UNHCR) ABŞ büdcəsindən 1,5 milyard dollar pul alıb. Onun bütün büdcəsi isə 4 milyard dollar təşkil edir. Əgər ABŞ tərəfindən bu pay kəsilsə yaranan bu böyüklükdə boşluğu doldurmağa heç kimin gücü çatmaz. Buraya “Ümudünya ərzaq proqramı” (World Food Programme (WFP) tipli digər humanitar təşkilatlarda həyata keçirilməsi nəzərdə tutulan kəsintilər də əlavə edilsə, ortaya beynəlxalq humanitar hüquq sisteminin tamamilə dağılması kimi mənzərə çıxacaq”, - ekspert qeyd edib.

“Bundan başqa, ABŞ bürokratları Ağ Evdən gələn tapşırığa əsasən BMT-nin könüllü və məcburi proqramlarının məsrəflərini yarıya qədər azaltmaq üzərində baş sındırırlar. Hazırda ABŞ tərəfindən ildə 2,5 milyardlıq maliyyə təminatı olan BMT-nin sülhməramlı proqramlarının 1 milyard dollara qədər azaldılması üzərində iş gedir”,- məqalədə yazılıb.

Картинки по запросу

Məqalə müəllifinin fikrincə, Trampın bu niyyəti hər şeydən öncə dövlət katibi Reks Tillerson və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin nüfuzuna ağır zərbə endirəcək.

Artıq Konqresin özündə Ağ Evin Dövlət Departamentinin büdcəsində nəzərdə tutulan ixtisarlara qarşı səslər yüksəlməyə başlayıb. Senatın respublikaçı çoxluğunun lideri Mitç Makkonel yeni büdcə layihəsinin bu formada keçməsinin mümkün olmadğını söyləyb.

Lakin buna rəğmən bəzi ixtisarların həyata keçməsi olduqca real görünür. Buların içində ən gözə batan ABŞ BMT-nin əhali məskunlaması Fondudur (UNFPA). Bu fond hər il ailə planlaması üzrə proqramlara görə ABŞ büdcəsindən 35 milyon dollar məbləğində pul alır.

Mühafizəkarlar tərəfindən sevilməyən proqramlardan biri də BMT-nin BAPOR (BMT-nin Fələstin qaçqınlarına yardım göstərilməsi və işlərin təşkili üzrə Yaxın Şərq agentliyi) təşkilatıdır. Bu təşkilat uzun müddətdir ki, İsrail tərəfindən Fələstinə tərəf olmaqda günahlandırılır.

Lakin bəzi ekspertlərin rəyinə görə, əksinə, İsrailin özü bu proqramın saxlanılmasında maraqlı olmalıdır. Belə ki bu yəhudi dövlətini bir tərəfdən fələstinlilərin qayğısına qalmaq öhdəliyindən azad edir, digər tərəfdən isə regionda sabitliyin qorunmasına yardım göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar