Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..


Hüseynbala Səlimov yazır


Anlamaq olmur, ABŞ prezidenti D.Trampın davranışındakı qeyri-adiliklər nəyin nəticəsidir? Bilmək olmur ki, bunu necə yozmalı; onun siyasətə qədərki peşəsilə, yoxsa fövqəldövlətin prezidenti olmaq duyğusundan irəli gələn ərköyünlük və yaxud başgicəllənmənin təzahürü kimi?..

Hər halda, bu adamda anlaşılmaz davranış detalları olduqca çoxdur. Məsələn, onun V.Putinə qarşı izaholunmaz simpatiyasını incələmək və bunu rasional biçimdə təqdim etmək asan məsələ kimi görünməsin sizə!

Təsadüfi deyil, “Böyük yeddilər”in də görüşündən sonra Tramp iki epizodla gündəmin qəhrəmanına çevrildi; bir Rusiyanı təkrarən həmin təşkilata qaytarmaq təklifilə, bir də nahar zamanı Krımla dediyi növbəti şok xarakterli açıqlama ilə...

Birincisi aydındır. Krımla bağlı isə Trampın orijinal izahı və yaxud da açıqlaması olubdur: Krım Rusiyanındı, çünki burada hamı rusca danışır!
Onda bu məntiqlə gərək ABŞ da İngiltərənin olsun, çünki elə ABŞ-da da hamı ingiliscə danışır!..



Fəqət, D.Tramp bunun fərqində deyil. Təzadlı vəziyyətsə ona görə yaranır ki, ABŞ–ın içində dövlət və siyasət maşını ona öz diqtəsini edir, Tramp da könülsüz olsa da, bunlara əməl edir: Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Ukraynaya görə Rusiyanın cəzalandırılmasının vacib olduğunu bildirir. Amma ölkədən kənardakı tədbirlərdə, xüsusən də Avropadakı toplantılarda Köhnə Dünyanın siyasətçilərini əməlli-başlı çaş -baş qoyur, çünki burada Tramp olduğu kimi görünür, düşündüyünü deyir və ürəyini boşaldır...

Avropanın da çaşqınlığını başa düşmək mümkündür; Krım Rusiyanındırsa, onda bu dövlətə qarşı sanksiyalar kimə və nəyə lazımdı? Axı həmin sanksiyaların Avropa ölkələrinin elə özlərinə də təsiri var!..

Ümumiyyətlə, Trampın davranışında beynəlxalq siyasəti kommersiyalaşdırmaq meyli var, bu adam biznesmen təfəkküründən qəti qopa bilmir. Əlbət ki, bunda da məntiq var. Siyasətin də iqtisadi dividendləri olmalıdır; bu, ta qədimdən belə olub. Hökmdarlar ölkələri həm də ona görə qəsb edir, böyük yolları ona görə nəzarətə götürürdülər ki, bundan gəlir əldə etsinlər...

Bu baxımdan siyasətin özəl mahiyyəti yüz illər ərzində çox az dəyişib, məsələn, vaxtilə bir amerikalı iqtisadçı yazmışdı ki, SSRİ-nin dağılmasından ABŞ-ın götürdüyü qazancı ədədlə ifadə etmək mümkün iş deyil.

Amma ən böyük qazanc, təkcə ABŞ-ı yox, bütün normal siyasi quruluşları, sistemləri təhdid edən bir imperiyanın çöküşü idi ki, bu, heç halda formal hesabla, hansısa ədədlərlə ifadə oluna bilməz.

D.Trampı isə çox təəssüflər ki, siyasətin belə tərəfləri düşündürmür. Əlbəttə ki, ABŞ Qoca Dünyaya–Avropaya güzəştlər etməldir, çünki onların çoxu Vaşinqtonun nəzarətindədir, çoxunun ərasizisində ABŞ -ın hərbi bazaları, qoşunları var və bunun da əvəzini ödəmək lazım gəlir.

Biz hələ onu demirik ki, dünyada müttəfiqlik-filan da boş -boşuna olmur. Söz yox ki, indi ötən əsrin 50 - 60 –cı illəri deyil, Avropa artıq ayaq üstədir, hətta iqtisadiyyatın elə sahələri var ki, onlar öz hamilərinin – ABŞ-ın dabanlarını da tapdalayırlar. Ona görə də müdafiə xərclərində bir az səxavətli olmalıdırlar, axı, təhlükəsiz həyat da pul tələb edir...

Həm də hiss olunur ki, Tramp Bjezinski kimi politoloqların yazdıqlarından ya xəbərsizdir, ya da onun Kissincer kimi Rusiyaya daha loyal yanaşan qocalara simpatiyası daha böyükdür. Hər halda, Bjezinski belə fikri daim vurğulayırdı ki, Avropaya nəzarət edən Dünyaya nəzarət edəcək...

Demirik ki, Tramp beynəlxalq siyasətdən tamamilə baş çıxarmır, necə deyər, bu müstəvidə büsbütün piyadadır. Əlbəttə ki, belə deyil. Məsələn, onun Kim Çen Inla son görüşünü tənqid edənlər az deyil, o cümlədən də ABŞ-ın özündə. Amma daha çox ekspert bu fikirdədi ki, Tramp Şimali Koreyanı Kremlin caynağından demək olar ki, qoparıb. Görüş ərəfəsində V.Putin demişdi ki, koreyalılar ot yeyərlər, amma raketlərdən və ya nüvə silahından əl çəkməzlər.

Fəqət, belə olmadı. Göründü ki, koreyalılara nə Moskva, nə də ot lazımdır, onlara Vaşinqtonla, Pekinlə və Seulla normal münasibətlər və əlbəttə ki, siyasi təminatlar və iqtisadi yardımlar lazımdır...

Təbii ki, hələ prosesin başlanğıcıdır; bilmək olmaz daha nələr olacaq... Həm də bizi qayğılandıran Kim Çen In və onun Koreyası da deyil, odur ki, hörmətli Donald müəllimin Rusiya siyasəti nə vaxta qədər belə amorf qalacaq? Nə vaxtadək Tramp ölkənin içində bir, dışında isə tamam başqa şey deyəcək?..

O ki qaldı Krıma, qoy, Tramp qətiyyən narahat olmasın, Putin onsuz da onu qaytarmaq fikrində deyil.

Elə bu yaxınların söhbətidir. Jurnalist Putinə belə bir sual verdi ki, Moksva hansı şərtlər daxilində Krımı qaytara bilər? Çox lakonik cavab səsləndi: “Belə şərtlər yoxdur!”...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar