Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın BMT Baş Assambleyasında çıxışı - Yeni və daha aqressiv bir ABŞ formalaşır?


Natiq Miri: “Trampın bəzi fikirlərində müəyyən mənada həm beynəlxalq hüquqa uyğun, həm də Azərbaycanın mənayfeyinə uyğun açıqlamalar var”


“Əslində Rusiya dolayısı ilə Suriyaya müdaxilə etməklə özünün bir dünya gücü olmasını sübut etmək istədi ki, ABŞ hələ də bunu qəbul etmir”.

Bu sözləri politoloq Natiq Miri ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assemleyasındakı ilk çıxışını və ABŞ-ın bir mənalı olaraq dünyaya sahiblik etmək iddiasını PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib. 

Xəbər verdiyimiz kimi dünən ABŞ lideri hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq BMT-nin Baş Assambleyasının sessiyasında iştirak edib. Tramp çıxışında Birləşmiş Ştatların hərbi qüvvələrinin tezliklə ən güclü səviyyəyə çatacağına söz verib. Amerika lideri özünün BMT-nin Baş Assambleyası qarşısında çıxışında Şimali Koreya təhlükəsini başlıca qlobal risk adlandırıb. Tramp ŞKXR-nın lideri Kim Çen Inı nəzərdə tutaraq qeyd edib ki, əgər “raketçi oğlan” nüvə silahının sınaqlarına son qoymasa, onda ABŞ bütün Şimali Koreyanı yox edəcək. Həmçinin Tramp deyib ki, dünya “yaramaz” ölkələr və “terroçular və ekstremistlər” tərəfindən dağıdıcı təhlükələrə məruz qalır. Amerika lideri əlavə edib ki, İran liderləri “zəngin ölkəni hərbi macarəları ilə Yaxın Şərqdə sülhə maneə olan, iqtisadi cəhətdən zəifləmiş yaramaz bir ölkəyə” çeviriblər. O, 2015-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama və dünyanın beş qüdrətli dövlətinin vasitəçiliyi ilə İranın nüvə proqramının qarşısını alınması məqsədilə imzalanan sazişi də tənqid edərək, bu sazişi “Birləşmiş Ştatlar üçün utancverici” adlandırıb. Tramp BMT-nin Atom Enerjisi Agentliyinin sərt monitorinq aparmadığı təqdirdə Amerikanın İranla əldə edilən nüvə sazişindən çıxacağını deyib.

Trampın çıxışından sonra bir sıra dünya liderləri ABŞ liderinin fikirlərini dəyərləndirib. Misal üçün Boliviya prezidenti Evo Morales bu çıxışdan sonra bildirib ki, Tramp özünü dünyanın sahibi kimi hiss edir. O trampı ikili standartlardan çıxış etməkdə də ittiham edib. Venesuela prezdenti Nikolas Maduro isə daha da uzağa gedərək Trampı “yeni dünyanın Adolf Hitleri” adlandırıb. Maduro vurğulayıb ki, heç kim Venesuela xalqını təhdid edə bilməz. Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Trampın İrana qarşı barışmaz mövqeyindən narahat olduqlarını dilə gətirib. 

Donlad Trampın BMT Baş Assambleyasında çıxışını əvvəlkindən daha aqressiv bir yeni ABŞ formalaşması kimi dəyərləndirmək olarmı və yeni formalaşan ABŞ bir mənalı olaraq dünyaya sahiblik etmək iddiasını həyata keçirə biləcəkmi? Ümumiyyətlə ABŞ-ın yeni strategiyası nə qədər uğurlu ola bilər və dünya dövlətləri Trampın "yeni qaydalarını" qəbul edə bilərmi? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.



Natiq Miri: “Hələlik Tramp barədə tam neqativ qərar vermək tezdir. Çünki, bu gün ABŞ-da oyun qaydalarına Trampdan daha çox, Konqres diqtə edir”.


Şimali Koreya ətrafında çox ciddi, həyəcanverici hadisələrin baş verdiyini qeyd edən politoloq Natiq Miri vurğulayıb ki, bu hadisələr nəyinki Şimali Koreya və o regiona, bütövlükdə qlobal səviyyədə dünyaya çox böyük təhlükə yaradır. Çünki söhbət artıq qarşılıqlı olaraq nüvə silahlarından istifadə etməkdən gedir. Halbuki hətta soyuq savaş dönəmində dünya liderləri nüvə silahından istifadə edəcəkləri ilə bağlı bəyanatlar vermirdilər. Buna görə də bütün dünya narahat olmalıdır:

“Təbii ki, yeni ABŞ admistrasiyası, xüsusilə də prezident olaraq Donald Trampın səviyyəsində ABŞ-ın xarici siyasəti keçmiş prezident Barak Obama dönəmindən çox fərqlənir və daha aktiv və hətta bir qədər aqressiv xarici siyasət yürüdürlər. Həm də getdikcə ABŞ öz nüfuz dairəsini əvvəlki illərdə olduğu kimi yenidən genişləndirmək və itirilmiş mövqeləri geri qazanmaq istəyir. Tramp bunu açıq şəkildə ifadə edir Biz ABŞ-ın bu siyasətini Əfqanıstanda gördük. Yəni bildiyimiz kimi ABŞ yenidən Əfqanıstana 3000 ABŞ hərbi qoşunu göndərib. Əlavə olaraq da yeni silahlar və digər müttəfiq ölkələrin qoşunlarının da Əfqanıstana cəlb edilməsi prosesi yürüdülür. Ayrıca bildiyimiz kimi Şimali Koreya ətrafında da çox ciddi, həyəcanverici hadisələr baş verir. 

Bu hadisələr də bu gün nəinki Şimali Koreya və həmin regiona, bütövlükdə qlobal səviyyədə dünyaya çox böyük təhlükə yaradır. Çünki söhbət artıq qarşılıqlı olaraq nüvə silahlarından istifadə etməkdən gedir. Halbuki hətta soyuq savaş dönəmində dünya liderləri nüvə silahından istifadə edəcəkləri ilə bağlı bəyanatlar vermirdilər. Buna görə də bütün dünya narahat olmalıdır. 

Amma bu məsələdə bəzi müsbət impulslar da var. O baxımdan ki, Trampın dünənki çıxışında bir məqam vurğulandı ki, bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməlidir. Ən azından bu sözdə deyilmiş olsa da, belə bir mövqe Azərbaycanın mənafeyinə uyğundur. Yaxud da dünya dövlətləri ən azından ikili mövqedən çəkinməlidirlər. Çünki bütün münaqişələrə çox maraqlıdır ki, beynəlxalq hüquq səviyyəsində yanaşılsa da, Dağlıq Qarabağ probleminə ikili standartdan yanaşılır və fərqli yanaşılır.

Natiq Miri: “Bütün münaqişələrə beynəlxalq hüquq səviyyəsində yanaşılsa da, Dağlıq Qarabağ probleminə ikili standartdan yanaşılır və fərqli yanaşılır”.


Bu baxımdan Trampın bəzi fikirlərində müəyyən mənada, həm beynəlxalq hüquqa uyğun, həm də Azərbaycanın mənayfeyinə uyğun açıqlamalar var. Bu baxımdan düşünürəm ki, hələlik Tramp barədə tam neqativ qərar vermək tezdir. Çünki hiss olunur ki, Tramp bu qədər aktiv xarici siyasət yürütməsinə rəğmən hələ də öz ölkəsi daxilində, xüsusilə də qanuncerici orqan çərçivəsində öz problemlərini həll edə bilməyib. Bu gün ABŞ-da oyun qaydalarını Trampdan daha çox Konqres diqtə edir. Konqesin ortalığa qoyduğu layihələri də Tramp bir-bir təsdiqləmək məcburiyyəti ilə üzləşir. Bu baxımdan da düşünürəm ki, hələ bu xəmir bir xeyli su aparacaq. Ayrıca ABŞ ən azından xarici siyasətlə bərabər, həm də daxildə problemləri həll etmək məcburiyyəti ilə üz-üzə qalacaq. Bütün bunlara görə hələ ki, Tramp və ümumillikdə ABŞ barədə proqnozlar vermək çox çətindir. 

Bu günlər beynəlxalq siyasətdə dünya liderliyi uğrunda doğurdan çox ciddi və acımasız  bir savaş gedir. Ortada Rusiyanın ciddi iddiası var və ABŞ bu iddianı qəbul etmir. Əslində Rusiya dolayısı ilə Suriyaya müdaxilə etməklə özünün bir dünya gücü olmasını sübut etmək istədi və baxmayaraq ki, Rusiya Suriyada ciddi uğurlara imza atdı, ABŞ hələ də bunu qəbul etmir, etmək də istəmir. Həm də ortada bir də dünya gücü olan Çin dövləti var. Təbii ki, Çin dövləti də öz ətrafında baş verən bu cür prosesləri, yəni Şimali Koreya ilə bağlı və Çin dənizində olan prosesləri narahatlıqla qəbul edir. 

Bu fonda hiss olunur ki, bu dünya gücləri arasında çox ciddi gizli və açıq çatışma gedir. Bu baxımdan da yenə qeyd edim ki, hələlik prosesin nə ilə nəticələnəcəyini bəri başdan demək çox çətindir. Ancaq hər bir halda Tramp israrlı şəkildə bu siyasəti yürütməkdə davam edir. Əgər belə də davam edərsə, təbii ki, regionda ciddi bir savaşın çıxması ehtimalı çox böyükdür”.

Nərminə UMUDLU
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar