Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın andiçməsinə qatılan azərbaycanlı xanım kimdir?


Məlum olduğu kimi, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub


PİA.AZ AzVision.az-a istinadən verdiyi məlumata görə, mərasimdə azərbaycanlı biznes leydi Aytən Mirzoyeva da iştirak edib. 

O, Amerika prezidentinin qızı İvanka Trampla yaxın dostdur və onun şəxsi dəvəti ilə mərasimə qatılıb. Aytən Mirzoyeva ailəsi ilə birlikdə həm Kapitolda baş tutan inaqurasiyada, həm də andiçmədən sonrakı balda iştirak edib.

Aytən Mirzoyeva Azərbaycan tibb elminin görkəmli xadimlərindən biri olan Bəşir Quliyevin nəvəsidir. O, hazırda Fransanın paytaxtı Parisdə yaşayır və işləyir. Xanım Mirzəyeva Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidenti vəzifəsində çalışır. Şirkətin rəhbəri isə onun həyat yoldaşı Tomas Şinkodur.

Bu memarlıq şirkətinin əsası 1973-cü ildə qoyulub, lakin bir neçə il öncə şirkəti Tomas Şinko əldə edib. Hazırda şirkətin Parisdə, Luksemburqda, Nyu-Yorkda, Honkonqda ofisləri var və dünyanın bir çox ölkələrində memarlıq layihələri həyata keçirir.

Aytən Mirzoyeva İvanka Trampla uzun illərdir dostluq edir. O, dəfələrlə Amerikada Tramp ailəsi ilə görüşüb.







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar