Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın seçki menecerinin rus kəşfiyyatıyla əlaqələri təsdiqlənir

Manafortla işləyən bütün siyasətçilərin adları açıqlanacaq


ABŞ-da federal hakim xüsusi prokuror Robert Müllerə əmr edib ki, Pol Manafortun (Ukraynadakı – Tərc.) Regionlar Partiyasının maraqlarına uyğun olaraq, lakin ABŞ qanunvericiliyinin tələbi çərçivəsində xarici agent kimi qeydiyyatdan keçmədən apardığı lobbiçilik fəaliyyətinə cəlb edilən bütün şəxslərin və təşkilatların adlarını açıqlasın.

Bu barədə “Politoco” yazır.

Müllerin, müdafiə tərəfinə adlarını açıqlamalı olduğu adamların siyahısında təsir kampaniyasında iştirak edən Avropanın keçmiş yüksək səviyyəli siyasətçiləri, həmçinin, qeyd edildiyi kimi, son aylarda Manafortun ifadələrinə təsir etməyə cəhd göstərdiyi digərləri də var.

Manafortun bu adamların ifadələrini “korrektə etmək” üçün nəzərdə tutulan cəhdləri ötən həftə ona qarşı “ədalət mühakiməsinə mane olmaq cəhdi”nə görə yeni ittihamın irəli sürülməsinə gətirib çıxarıb.

Nəşrin yazdığına görə, ABŞ federal dairə məhkəməsinin hakimi Emi Berman Ceksonun qərarı Manafortun müdafiəsi üçün məhkəmədə əldə edilən nadir qələbədir.

İttiham sənədlərində müxtəlif ləqəblər altında gizlədilən adamların və kompaniyaların adlarını Müller açıqlamamalıdı. Məhkəmə bu informasiyanın Manafortun vəkillərinə verilməsinə qərar verib.

Hakimin sözlərinə görə, siyahı müdafiə tərəfinə 17 sentyabra təyin olunmuş məhkəməyə hazırlaşmağa imkan verəcək.

Eyni zamanda qeyd edilir ki, hakimin qərarı, çətin ki, böyük əhəmiyyət kəsb etsin, çünki bu adların çoxu müdafiə tərəfinə yaxşı məlumdur və onlar haqqında KİV-lərdə məlumat gedib.

Misal üçün, İtaliyanın sabiq Baş naziri Romano Prodi və Avstriyanın sabiq kansleri Alfred Quzebauer Yanukoviç dövründə Ukrayna hökuməti üçün lobbiçilik fəaliyyətinə hansısa formada cəlb edildiklərini etiraf ediblər. Ancaq onlar bəyan ediblər ki, Manafort onlara pul ödəməyib.

30 oktyabr 2017-ci ildə Manaforta və onun tərəfdaşı Riçard Qeytsə, çirkli pulların yuyulması, vergilərin ödənməməsi, dələduzluq və xarici agent kimi qeydiyyatdan keçmədən lobbiçi kimi fəaliyyət göstərmək də daxil olmaqla, 12 bənddən ibarət ittihamnamə elan edilib.

Dekabr ayında ABŞ məhkəməsi Manafortun məhkəmə təhqiqatı dövründə ev dustaqlığından azad edilməsi haqqındakı xahişini qismən təmin edib.

Manafort, ittihamnamədəki heç bir ittihama görə özünü təqsirkar hesab etməyib. O, ev dustağıdır və elektron qolbağ daşımalıdır. Manafortla bağlı məhkəmə araşdırması 17 sentyabrda başlayacaq, Virciniyada isə məhkəmə işə 10 iyulda baxacaq.

2018-ci ilin fevralında Robert Müller Yuliya Timoşenkonun işi üzrə vəkil olmuş, 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə Rusiyanın müdaxiləsi haqqında yalançı şahidlik etdiyini etiraf etmiş Aleksandr Van der Zvaana qarşı ittiham irəli sürüb.

İttiham sənədində qeyd edilir ki, Aleksandr Van der Zvaan Riçard Qeytslə və “A şəxsi” ilə söhbət edib. Sonra məlum oldu ki, “A şəxsi” 2016-cı ilin sentyabr və oktyabr aylarında Manafortun Ukraynadakı lobbiçilik firmasında işləyən Rusiya kəşfiyyatının keçmiş zabiti Konstantin Kilimnikdir.

Aleksandr Van der Zvaan ruslarla əlaqələrin olduğunu bildiyini “etiraf edib”,  çünki Qeyts bu barədə ona danışıbmış.

Kilimnik Manafortun komandasında Yanukoviç üçün işləyərkən də orada bəziləri şübhələnirmiş ki, o, Moskvaya hesabat verir, ancaq buna əhəmiyyət verməyiblər. O, həmçinin RF prezidenti Vladimir Putinə yaxın olan rusiyalı oliqarx Oleq Deripaska ilə Manafort arasında vasitəçi kimi də çıxış edib.

Qeytslə Kilimnikin arasında əlaqə böyük əhəmiyyət kəsb edir. Belə ki, Qeyts və Manaforta qarşı əvvəllər irəli sürülən cinayət ittihamı yalnız onların Ukrayna üçün, 2016-cı ildə  ABŞ-da keçirilən prezident seçkilərinədək olan lobbiçilik fəaliyyətilə bağlıdır.

“Ukrainskaya pravda”, 

Ukrayna, 13 iyun 2018-ci il

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar