Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trump artıq rusları da ehtiyatlandırır?

Rusiyada D.Tramp eyforiyası hələ çəkilməsə də yeni seçilmiş ABŞ prezidentinin əməkdaşlıq üçün söhbətə dəvət etdiyi və eləcə də artıq mühüm postlar üçün gözaltı etdiyi bəzi siyasətçilər və diplomatlar Rusiya siyasi isteblişmentini və hətta siyasi araşdırmalarla məşğul olan insanları sözün əsl mənasında dilxor etməkdədir...


Dəfələrlə demişəm ki, bu respublikaçılar bir az “qəliz” adam olurlar, bilmək olmur ki, bunların “qarınlarının altında” nə var... Mən hələ ki D.Tramp haqqında konkret söz deməyə çətinlik çəkirəm. Doğrusu, bir az gözləmək istəyirəm ki, görüm, nə olacaq...

Lap elə bugünlərdə D.Tramp on dəqiqəlik telefon zəngi ilə az qala dünyanı bir-birinə vurdu. Tayvan liderlərinə etinasızlıq göstərən bütün ABŞ siyasətçilərindən və diplomatlarından fərqli olaraq Tramp bu ünvandan gələn təbrik zəngini məmnuniyyətlə qəbul etdi və diplomatik etiketə tamam uyğun olaraq düz on dəqiqə səmimi telefon söhbətində bulundu...

Onun bu hərəkəti hətta C.Kerrini də özündən çıxarmışdı. Diplomatik olimpi tərk etmək ərəfəsində olan C.Kerri dedi ki, Tramp onların məsləhətini qəbul etməyə bilər, amma o, bilavasitə xarici siyasətlə və diplomatiya ilə məşğul olan adamların bəzi məsələlərə münasibətini öyrənsəydi, daha yaxşı olardı...

Əslində elə bizi də bu olay çox düşündürdü. Nə idi bu? Adi bir diplomatik etiket, yoxsa rusların artıq “idarəolunmaz və proqnozlaşdırılmayan Tramp” adlandırdığı qəliz siyasətçinin növbəti sürprizi? Tramp bu hərəkəti ilə nə demək istəyirdi? Bəlkə bu, onun böyük siyasətlə bağlı ismarışı idi? Bəlkə Tramp indidən böyük siyasətin təzyiq vektorunu Rusiyadan Çinə doğru dəyişəcəyinə işarə edirdi?.. 

Məsələ bundadır ki, əgər ABŞRusiyanın nüvə silahı və geosiyasi ambisiyaları çəkindirirsə, digər tərəfdən Çinin getdikcə artan iqtisadi gücü və nüfuzu da çox narahat edir onu...
Bir vaxtlar H.Kissincerin sayəsində ABŞ siyasəti Çini “kəşf” etmiş və özünün təzyiq vektorunu şərti olaraq kommunist ölkəsi adlandırıla bilən bu dövlətdən (hərçənd, Çin siyasi baxımdan indiyədək avtoritar bir ölkə olaraq qalır!) çevirib əsas kommunist nəhənginə - SSRİ-yə yönəltmişdi...

Amma artıq o vaxtlar deyil, SSRİ yoxdur, onun əvəzində Rusiya və bir də getdikcə iqtisadi gücü artan Çin var...

Ona görə də indi ABŞ öz siyasətində bu iki ölkənin yerini dəyişə, Rusiya ilə daha mülayim davrana və diqqətini Çinə yönəldə bilər. 

Ruslar da özlərini bu dönüşə hazır kimi  göstərirlər. Hətta Rusiya mühitində belə fikirlər səslənir ki, guya Çin-Rusiya dostluğu onlara heç nə vermədi. Çinə alternativ kimi isə daha bir uzaq Şərq ölkəsi -  Yaponiya göstərilir. Hətta bu günlərdə V.Putinin bu ölkəyə səfər edəcəyi də bildirilir... 

Bəli, bu, Rusiyanın növbəti böyük geosiyasi alveri sayıla bilər. Amma bir nüans var: ABŞ belə alverə gedəcəkmi?..

Təəssüf, hələlik bu konteksdə söz demək çətindir. D.Trampın özünün izahı çox sərt oldu. Faktiki olaraq dedi ki, Çin bir iş görəndə heç bizimlə məsləhətləşirmi ki, biz də durub onunla məsləhət edək?..

Qərəz, növbəti il maraqlı olmağı vəd edir. Adamın hətta bir ay yarımı gözləməyə səbri çatmır. Fəqət, başqa çarə yoxdur, gözləməli və sakitcə, prosesləri izləməliyik...

Bütün hallarda unutmayaq ki, ABŞ böyük siyasət və hərb maşını deməkdir və böyük ehtimalla belə də qalacaqdır, baxmayaraq ki, ruslar hələ də D.Trampın bir qərarla NATO-nu “ləgv” edəcəyini gözləyir, avropalılar isə yeni qitə lideri kimi nəzərlərini A.Merkelə yönəldirlər... 

Amma düşünürük ki, bütün bunlar tələsik nəticələrdir, Amerika siyasəti hələ heç yeri tərk etmək niyyətində deyil. Hələ bilmək olmaz ki, Ağ Evlə Kreml arasında hansı siyasi küləklər əsəcək və hansı siyasi sular axacaqdır... 

Təbii, qlobal geosiyasi arxitekturada müəyyən düzəlişlər və hədəflərin dəyişdirilməsi mümkündür. Amma bunlar da elə-belə olmayacaq, ABŞ -ın dünyada yerini-rolunu qorumaq, onu daha da möhkəmləndirmək və  gücləndirmək naminə ediləcəkdir. 

Elə D.Trampın da çox sevimli bir cümləsi var: “ ABŞ-ı daha da güclü edək!”. Qərəz, bir daha deyirik ki, bu yolda hansı ölkələrin ABŞ üçün daha böyük mane olması məsələsinə onun siyasətçiləri, o cümlədən də D.Trampın komandası yenidən baxa bilər. Bu, mümkündür. Amma onların ABŞ -ın dünyada ən aparıcı ölkə kimi qalmasına çalışacaqlarına zərrə qədər şübhə ola bilməz...(musavat.com)


Yazar : Hüseynbala Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar