Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Turalın videoaçıqlaması Xədicə İsmayıllıya kömək edəcəkmi?


Fariz Namazlı: “Ciddi arqumentlərdir, təsdiqini taparsa, intihar həddinə çatdırma məsələsinə xitam verilməlidir”


Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə səbəb olan Mustafayevin son günlərdə yayılan  müzakirə olunan mövzulardan biridir. Videoda T.Mustafayev xanım jurnalistə qarşı şikayətini təzyiq altında verdiyini və ərizəsindən imtina etdiyini bildirir.

Bundan əlavə, T.Mustafayev intihara cəhd etməsinin səbəblərindən, başına gətirilənlərdən və kirayə tutduğu evdə pornovideoları yayılan şəxslərdən də danışır: “Ötən il oktyabrın 20-də intihara cəhd etdim. Samirə Ağayevanın köməkliyi ilə xəstəxanaya yerləşdirildim və qanımda olan zəhər yuyuldu. Bundan istifadə etdilər, təzyiqlər altında şikayət ərizəsi yazdım. Kirayə tutduğum evə kamera yerləşdirilmişdi. Məni şantaj etdilər ki, ifadə verməsən, evində çəkilən videogörüntülər yayılacaq. Porno görüntülərdə çox adam var. Onlar da Xədicənin əleyhinə ifadə veriblər”.

T.Mustafayev zorla ruhi xəstə kimi xəstəxanaya yerləşdirildiyini və müalicə edildiyini bildirib: “Xədicədən şikayətçi deyiləm. Ərizəmi geri götürəcəyim təqdirdə, başıma oyunlar gətiriləcəyini bildiriblər. Buna baxmayaraq, şikayət ərizəmi geri götürürəm. İstintaqa heç bir sənəd təqdim etməmişəm. Yalandan könüllü təqdim etdiyim yazılıb. Baş prokuror Zakir Qaralova müraciət etmişəm. Ərizəmi geri götürməyim və ölkədən çıxışıma qoyulan qadağanın götürülməsi ilə bağlı. Videonu heç kimin təzyiqi altında çəkməmişəm”.

İstintaqın bu videoya necə yanaşacağı maraq doğurur. Əgər videoda göstərilən faktlar araşdırılsa, heç şübhəsiz ki, yeni xüsusatlar ortaya çıxacaq. 



Xədicə İsmayılın vəkili Fariz Namazlı T.Mustafayevin səsləndirdiyi fikirlərin ciddi arqumentlər olduğunu söylədi: “Bu fikirlər istintaqın obyektivliyini şübhə altına alır. Çox ciddi arqumentlərdir. Orada bəzi ittihamlar səsləndirilir. Təbii ki, bunlar ciddi şəkildə araşdırılmalıdır. Əgər onun Xədicə İsmayıla qarşı zorən ifadə verdiyi təsdiqini taparsa, artıq 125-ci maddə ilə bağlı məsələyə xitam verilməlidir. 

Sözsüz ki, qalan məsələlər qalacaq. Çünki AzadlıqRadiosu ilə bağlı da ittihamlar verilib. Bu məsələlər araşdırılmalıdır. Amma 125-ci maddə ilə bağlı məsələyə xitam verilməlidir. Təbii ki, kimlərisə ona qarşı hədə-qorxu altında ifadə verməyə məcbur ediblərsə, məsələ araşdırılmalı və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır”.

Vəkil atacaqları addımlardan da danışdı: “Hər şey araşdırmanın nəticəsindən asılıdır. Tural Mustafayevin özü ilə də söhbət etməyimiz düzgün çıxmaz. Çünki vəkilin zərərçəkmiş şəxsə qarşı təzyiqi kimi qiymətləndirə bilərlər. Buna görə onunla hər hansı bir təmas qurmağımız düzgün çıxmaz. Tural Mustafayev bu gün bir fikirdə olur, sabah başqa fikirdə ola bilər. Sonra deyə bilər ki, vəkillər mənə təzyiq edir. Amma bununla bağlı müraciət edə bilərik. Xədicə xanımın özü ilə görüşüb, bu məsələləri müzakirə edəcəyik. Ondan sonra hər hansı bir addım atacağıq”.

Videoda adı keçən aidiyyəti qurumlar və şəxslərin mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı.

Xatırladaq ki, Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Xanım jurnalist Tural Mustafayevi intihara vadar etməkdə təqsirləndirilir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar