Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türist niyə Türkiyəni seçir, amma Azərbaycanı yox? - Maraqlı faktlar


Terror hadisələrinə baxmayaraq turist niyə Türkiyəni seçir, amma Azərbaycanı yox?


REAL İdarə Heyətinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli terror təhülkəsinə baxmayaraq, türistlərin Türkiyəyə axın etmələrini, Azərbaycana isə niyə gəlməmələrinin səbəblərin yazıb.



Həmin yazını təqdim edirik:

Türistlərin Türkiyəni, İstanbulu seçmələrinin əsas səsbəbləri bunlardır! 

1)Möhtəşəm tarix, 

2) Gözəl servis, 

3) Viza yox, 

4) Rəqabətli mühit olduğuna göre ucuzluq, 

5) Maraqlı əyləncələr.

Bəs, sakitliyə, manatın 2 dəfə ucuzlaşmasına, hər il bir oyun çıxartmağımıza baxmayaraq turist niyə Azərbaycanı, Bakını seçmir?

1) Olan qalan tarix məhv edilir, "qlamur" və süni şəhər-ölkə yaradılmağa çalışılır ki, bu da cəlbedici deyil. Turist üçün maraqlı tarixi marşrutlar yox dərəcəsindədir.

2) Servis yaxşı deyil, çünki rəqabətli mühit yoxdur, servisin simvolu hər obyektə çalışanları "qaqaş" deyib çağırmaqdır. 

3) Müstəqil Dövlətlər Birliyindən (MDB) başqa hamıya viza tədbiq etmişik. Turist üçün vizasız gediş-gəliş ilk 3 şərtlərdən biridir. 

4) Dollarla ve avro ilə gelen turistlər üçün manatla xərcləmək sərfəli olub, burası doğdudur, amma qiymətlər, xüsusən otellərdə çox bahadır, restoranlarda, kafelərdə qiymətlər Tiflisə və Türkiyəyə görə yüksəkdir, bizim bölgədə esas turizm rəqiblərimiz isə məhz bu 2 ölkədir. 

5) Bakıda necə əylənmək olar? Ancaq lüləkabab yeyib, üstündən samovar çayı içməklə? Regionlarda isə ümumiyyətlə axşam saat 21:00-dan sonra həyat sönür - konsert yox, kino yox, teatr yox, bar yox, diskoteka yox. Turist, məsələn, Kürdəmirə, ve ya Qazağa niyə getsin?! Bakıda isə gecə həyatı ancaq şəhərin mərkəzində bəzi masaj salonu və barlardan ibarətdir, turisti cəlb edən nə var bu mənada?!

Deyəcəksiniz ki, bunları 100 dəfə demişəm, olsun, lap 1000 dəfə də təkrar etmək lazımdır ki, sovet turist anlayışı ilə yaşayan məmurlarımıza nəsə çatsın. Onlar o zaman SSRİ-yə gələn hər xarici vətəndaşda potensial cəsus görürdülər, hələ də o havadadırlar...

P.S. Dünən gecə Bakıya döndüm, uçaq şəhərə yaxınlaşanda Azərbaycanİngilis dillərində anons yaydılar: Ölkəyə gələn əcnəbi vətəndaşlar 10 gün ərzində mütləq miqrasiya xidmətində qeydiyyata durmalıdırlar, əks halda bir sürü təhdid. Bunu eşidən əcnəbi bir də ölkəyə gələrmi?!(qaynarinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar