Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk generalından Azərbaycanın düşmənlərinə mesaj


“Güclü olmaq üçün birlikdə olmalıyıq”; “Qarabağ qardaş ölkənin də əsas problemlərindən olaraq qalır“; rusiyalı politoloq: “Putin İŞİD-lə mübarizəyə dəstək qarşılığında Qərbdən postsovet məkanı üçün ”lisenziya" alsa, Qarabağ məsələsi Kremldən daha asılı duruma düşəcək...“


Bu həftə Azərbaycanın əsas problemi - Dağlıq Qarabağ problemi və erməni işğalı iki mötəbər beynəlxalq tədbir çərçivəsində prezident İlham Əliyev tərəfindən dünyanın diqqətinə gətirildi. 

Onlardan biri “Böyük iyirmilər”in (G20) Antalya sammiti idisə, digəri UNESCO-nun Paris sessiyası oldu.

Azərbaycan müstəqilliyinin ilk illərində erməni işğalının  qurbanı olub”. Bunu İlham Əliyev Parisdə UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı deyib. Prezident sözünə davam edərək bildirib: “Azərbaycan torpaqlarının işğalı bu gün da davam edir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi olaraq 1 milyondan çox sakin qaçqın və məcburi köçkünə çevrilib. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunub, 750 min azərbaycanlı öz ölkəsində məcburi köçkünə çevrilib”.

Ölkə başçısı Ermənistanın təkcə beynəlxalq hüququn norma və prinsiplərini yox, tarixi ədaləti də pozduğunu vurğulayıb: “BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, 20 il keçib, amma qətnamələr yerinə yetirilməyib. Burada biz beynəlxalq arenada qlobal təhlükəsizliyin çox vacib bir məsələsi ilə üzləşirik. Beynəlxalq ictimaiyyətin qəbul etdiyi  qərar və qətnamələr rədd edilir və buna görə cəza verilmir. Danışıqlar masasında irəliləyiş yoxdur. Çünki Ermənistan sülh istəmir. Onlar bacardıqları qədər işğal siyasətini davam etdirmək niyyətindədirlər. Amma zaman bizim xeyrimizədir. Mən əminəm ki, Azərbaycan bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycanın ərazi bütövlüyü dünyanın istənilən ölkəsinin ərazi bütövlüyü kimi qiymətlidir”.

***
Azərbaycanın pozulmuş hüququna və ərazi bütövlüyünə laqeydlik sövq-təbii onu öz hərbi gücünü artırmaq və müttəfiqləri hərbi-strateji əlaqələri dərinləşdirmək zorunda qoyur. Bu sırada isə NATO üzvü qardaş Türkiyə 1-ci yerdə gəlir. Nə xoş ki, Qarabağ konflikti qardaş ölkənin də əsas problemlərindən biri olaraq qalır.

Məsələ də ondadır ki, “Bir millətin iki dövləti” arasında bütün sahələr üzrə ildən-ilə genişlənən əməkdaşlıq, müttəfiqlik münasibətləri Azərbaycan ərazilərinin nə vaxtsa qaytarılacağına əsas zəmanətlərdən biri və birincisi, eyni zamanda  Azərbaycana (türk) düşmənlərinə qarşı bölgədə əsas çəkindirici amildir. Bunu Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolakın Bakı səfəri bir daha nümayiş etdirdi. 

Türk general Bakıda müdafiə naziri Zakir Həsənovla təkbətək və geniş tərkibdə görüş keçirib. Müdafiə naziri ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. Az öncə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səmərəli səfərini xatırladan müdafiə naziri son illər ölkələrimizin həm Quru Qoşunları, həm də Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini xüsusi qeyd edib. 

“Fəaliyyətlərimiz dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq edilmiş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcək. Bu iş bütün sahələrdən olan mütəxəssislərin cəlb olunması ilə, Silahlı Qüvvələrin ehtiyac və tələbləri nəzərə alınmaqla mərhələli şəkildə davam edəcək”, - deyə nazir qeyd edib. 

Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluq hissi ilə danışan ordu generalı Z.Çolak dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığı və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb: “Tarixi dərindən öyrənərək bundan nəticə çıxarmalı, güclü olmaq üçün birlikdə olmalıyıq. Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir”. 

Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

***
Ancaq Bakı-Ankara əlaqələri nə qədər yüksək səviyyədə olsa da Qarabağ probleminin həllinə Rusiya faktoru hələ ki əsas əngəl olaraq qalır. Ukrayna (Donbas, Krım) böhranı və İŞİD terroru isə Kremlin Dağlıq Qarabağ ixtilafına yanaşmasına özünəməxsus çalarlar qatmaqdadır.

Bu xüsusda tanınmış rusiyalı politoloq Andrey Piontkovski Rusiyanın Ukrayna siyasəti ilə bağlı olan və  özündə Qarabağ məsələsinə də təsirləri daşıyan maraqlı açıqlama verib. Onun fikrincə, prezident Vladimir Putin Qərb ölkələrini inandırmağa çalışır ki, İŞİD təhdidləri fonunda Ukraynaya dair bütün fikir ayrılıqları unudulsun: “Putin BMT Baş Məclisinin yubiley toplantısında baş tutmanft cəhdştş təzədən edir. Söhbət İŞİD-lə mübarizədə özünü Qərbə vacib müttəfiq kimi satmağın qarşılığında postsovet məkanının, o cümlədən Ukraynanın idarə edilməsinə ondan lisenziya tələb eləməkdən gedir”.

Yəni faktiki surətdə Moskva yeni terror təhlükəsini bəhanə edib Qərblə bazarlığa cəhd edir. Politoloqun sözlərinə görə, Rusiya təbliğatı Paris faciəsindən cəmi bir neçə saat sonra “anti-İŞİD koalisiyası” bayrağı altında misli görünməmiş və həyasız hücum kampaniyasına başlayıb. 

“Ancaq mən hesab edirəm ki, Putinin bu arzuları reallaşmayacaq. Ağ Evin rəsmi açıqlamasında da xüsusi vurğulanır ki, G20 çərçivəsində Obama ilə Putin arasında keçirilmiş görüşdə Ukrayna məsələsi də müzakirə olunub və prezident Barak Obama Ukraynaya dair Minsk anlaşmasının bütünlüklə həyata keçirilməsini, ilk növbədə də Donbasdan Rusiya qoşunlarının çıxarılmasını tələb edib”, - deyə ekspert vurğulayıb və onu da əlavə edib ki, “Putinsiz İŞİD-lə haqq-hesab çəkmək daha asandır, nəinki ayağa dolaşan Putin və Əsədlə”.

***
Təkcə İŞİD-ləmi? Problem ondadır ki, Kreml Qarabağ məsələsində də neytrallıq göstərsə, “əl-ayağa dolaşmasa” o zaman postsovet məkanının ən üzücü konflikti dərhal tarixin arxivinə verilər. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar