Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk olmaq nə deməkdir?


“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu yazır


Türk olmaq, babalarının qarşısındakı borcu ödəməkdir. Torpaqlarına sahib çıxmaqla, düşmənlərinə qan qusdurmaqla! Əsrlər bundan öncə o böyük şan və möhtəşəmliyə sahib çıxmaqdır türk olmaq!

Türk olmaq dilinin Avropada, İranda qadağan edilməsidir! Amma yenə bir türk olaraq buna qarşı duruş gətirə bilmək, mücadilə verməkdir!

Türk olmaq, Avropada xor görülməkdir! Atalarımız əsrlər öncə Vyananı mühasirə etdikləri üçün, Avropanın mərkəzinə qədər at sürüb, qılıncları ilə tarix yaratdıqları üçün! Napaleon kimi Vyananı yandırmadıqları üçün!!!

Türk olmaq saysız şəhid məzarlığının sahibi olmaqdır, həm də Maltada Roma Papasının nifrətlə üstünə basıb keçdiyi Türk bayrağına malik olmaqdır!

Türk olmaq xaincə, arxadan hey zərbə almaqdır, xəyanətə uğramaqdır, tərk edilməkdir. Amma əsla tərk etməmək, dik durmaq və əsla diz çökməməkdir! 

Türk olmaq soyqırıma uğramaqdır! Hətta bunu kor dünya qəbul etməsə belə! Hətta türkün özünü soyqırım törətməkdə ittiham etsə belə!

Türk olmaq zordur, çətindir, əziyyətlidir... 

Üç qitədən dönüb, sonra da torpaqlarının bölünməsini sinəyə çəkməkdir! SAYSIZ DÖVLƏTLƏR QURMAQ TÜRK OLMAQDIR, EYNİ ZAMANDA SAYSIZ DÖVLƏTLƏR YIXMAQ DA TÜRK OLMAQDIR!

Arabaya qoşulan ilk atın vətənində, ilk yazılı müqavilənin imzalandığı yurdda, yazının tapıldığı, pulun icad edildiyi, hər qarışından bərəkət fışqıran bu müqəddəs torpaqlarda əcnəbilərin tamahına sinə gərməkdir, öz kimliyini saxlamağa çalışmaqdır!

Türk olmaq Şumerdən, Troyadan bu yana sərpilərək gələn, tarixdən qədim bu torpaqlarda bütün zamanlardan damcılayan yüksək dəyərlərə malik ikən... bir həftəlik yaddaş ilə yaşamaqdır!

Qərbi Romanı, Şərqi Romanı yıxıb, qarşısında diz çökdürüb, indi yeni Roma olan Avropa Birliyinə girmək üçün canfəşanlıq etməkdir - Türk olmaq! 

Türk olmaq düşmən qabağında mətin durmaqdır! Yaralı, xəstə düşmənə ilk yardım göstərməkdir! 

Düşmənin dalınca rəhmət oxuyub, qanlından halallıq almaqdır, Türk olmaq! Səhərləri otağına rəhmət dolsun deyə pəncərəni açmaqdır. Yağışa rəhmət, qara bərəkət deyə baxmaq, başına nə gəlirsə gəlsin səbr göstərərək, “buna da min şükür”, - deməkdir!

Türk olmaq övladını əsgərliyə şənlik ilə yola salmaqdır, bəlkə də qayıtmayacağını bilərək. Türk olmaq ananın əsgər oğlunun ardından “bir oğlum olsun onu da göndərərəm”, - deməsidir. Atanın gözyaşlarını tutaraq, tabutuna son dəfə toxunarkən “VƏTƏN SAĞ OLSUN!”, - hayqırmasıdır!

Ən gözəl eşq şeirlərini ürəyində hiss etməkdir türk olmaq! İnsanın ruhunu inim-inim inildədən türkülər qoşmaqdır! Türk olmaq Nizamini, Yunusu bilməkdir, Füzulini duymaqdır, Nəsimini yaşamaqdır, Qaracaoğlanı, Pis Sultan Abdalı sevmək, Mövlanə, Hacı Bektaşı Vəli, Hoca Yasəvi ilə bir bütün olmaqdır – hətta onları tanımasa belə!

Türk olmaq saz çalındığında, ney üfləndiyində ürəyinin dərinliyində bir sızıltı sezməkdir! 
Həyatın sənə verdiklərinə “nəsib”, vermədiklərinə “qismət” deməkdir! Hər işin “xeyirlisinə” inanmaqdır!

Türk olmaq Asiyada qərbli, Avropada şərqli deyə xor görülməkdir. İrq sözünü bilmədən yaşamaq, yaradılanları YARADANDAN ötürü sevməkdir!

Türk olmaq ən zəif günündə belə dünyaya meydan oxumaq, ən dərdli günündə belə hər üfunətin bir şəfəqdə bitəcəyini bilərək təvəkkül göstərməkdir!
Çətin işdir türk olmaq! 

TÜRK OLMAQ - MƏDƏNIYYƏTLƏR MƏZARLIĞI BU TORPAQLARDA 4500 ildir ki, DIK DURA BILMƏKDIR, ƏN SONA - AXİRA QƏDƏR, AXİRƏTƏ QƏDƏR!

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar