Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Azərbaycan təlimlərində hərbi təyyarə qəzaya uğrayıb - Yenilənib


Bu gün Türkiyənin Konya bölgəsində Türk və Azərbaycan Hərbi Hava Qüvvələrinin “Turaz şahini 2015” təlimləri zamanı bir hərb təyyarə qəzaya uğrayıb


Azərbaycanın Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə keçirilən təlim zamanı baş verən təyyarə qəzası haqda açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AzVision.az-a açıqlamasında bildirib ki, qəzaya uğrayan “F-4” E 2020 tipli hərbi təyyarə Türkiyə HHQ-ya məxsusdur: 

Azərbaycan Silahlı Qüvvələrinin heyəti tam formada həmin təlimlərdə iştirak edir. Heç bir problem yoxdur”. 

Qeyd edək ki, bu gün Bakı vaxtilə saat 11:50 radələrində Türkiyə Hərbi Hava qüvvələri ilə Azərbaycanın keçirdiyi birgə “TurAz Şahini 2015” hərbi təlimləri zamanı təyyarə qəzaya uğrayıb. Qəza zamanı 2 hərbçi dünyasını dəyişib.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla saat 09.50 radələrində Konya-Aksaray şosse yolunun 22-ci kilometrliyində, Ortakonak qəsəbəsi yaxınlığında bir təlim təyyarəsinin qəzaya uğradığı barədə anons verilib

İlkin məlumatlara görə pilotlardan biri katapultasiya edərək xilas olub, digər pilotdan xəbər yoxdur. Konya valisi Muammer Erol pilotlardan birinin xilas olduğunu, digərinin axtarışının davam etdiyini deyib. 

Qəzaya uğrayan təyyarənin hansı ölkənin hava qüvvələrinə aid olduğu hələ açıqlanmayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında bildirib ki, təlimlərdə iştirak edən Azərbaycan təyyarələri və heyət üzvləri sağ-salamatdır və təlimləri davam etdirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar