Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Rusiya iqtisadi münasibətləri hara gedir?


Vahid Əhmədov: “Rusiya və Türkiyənin iqtisadi əlaqələri o qədər ciddidir ki, ancaq qısamüddətli problemlər ola bilər. Lakin strateji baxımdan əlaqələrin kəsilməsi mümkün deyil”.


Rusiya əvvəllərdə dəfələrlə sərhədi pozub və nəhayət Türkiyə dövləti öz hava məkanını qorumaq qərarın verdi. Bu gözlənilən addım idi”.

Bunu millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov PİA.AZ-a açıqlamasında bildirib.

Məlum təyyarə krizindən sonra dünəndən başlayaraq Rusiya qeyri-rəsmi qaydada Türkiyə mallarını öz ölkəsinə buraxmır. Rusiya ilə Türkiyə arasında iqtisadi əlaqələr qırıla bilərmi, yoxsa Rusiyanın bu addımı blef xarakteri daşıyır? Rusiya ilə Türkiyənin iqtisadi əlaqələrinin  qırılması hansı tərəfə daha çox ziyan vura bilər? Onsuzda Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya Türkiyə ilə güclü iqtisadi bağlarını qopararsa daha ciddi iqtisadi böhranla üz-üzə qalmaz ki?

Bu suallarla PİA.AZ-ın əməkdaşı deputat Vahid Əhmədova müraciət edib.


Vahid Əhmədov: “Hər iki dövlətlə Azərbaycanın güclü iqtisadi, siyasi əlaqələri var. Biz istərdik ki, mövqelərimizdə sabitlik olsun”


Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin müvəqqəti olduğunu hesab edən millət vəkili Vahid Əhmədova görə, hər iki dövlətin başçısı münasibətlərini normal səviyyəyə gətirəcəklər:

“Ümumiyyətlə  Rusiya ilə Türkiyə arasında çox sıx iqtisadi əlaqələr var. Rusiya dövləti Türkiyəyə təxminən  25 milyard  manatlıq, o cümlədən Türkiyə Rusiyaya 6 milyard manatlıq mal ixrac edir. Yəni burada Rusiyanın mövqeyi daha zəifdir. Digər tərəfdən Rusiya dövləti Türkiyədə 21 milyard dollara bərabər atom  stansiyası tikəcək. Rusiya və Türkiyənin iqtisadi əlaqələri o qədər ciddidir ki, müəyyən ancaq qısamüddətli dayanmalar ola bilər. Lakin strateji baxımdan əlaqələrin kəsilməsi mümkün deyil. Onların arasındakı məsələ düzələn səviyyədə gedəcək. Yəqin ki, iki dövlət başçısı bu məsələni həll edəcəklər. Əgər aralarında hansısa bir gərginlik yaranarsa, bu Azərbaycan üçün də xoşagələn məsələ olmayacaq. Türkiyə bizim dostumuzdur, bizi bütün beynəlxalq aləmdə müdafiə edir. Rusiyada bizə qonşu dövlətdir. Hər iki dövlətlə Azərbaycanın iqtisadi, siyasi əlaqələri var. Biz istərdik ki, mövqelərimizdə sabitlik olsun. Güman edirəm ki, Rusiya ilə Türkiyə arasındakı problem çox çəkməyəcək. 

Bəzi informasiyalar yayılır ki, Rusiya Azərbaycan mallarını qəbul edəcək. Bu sadəcə utopiyadır. Azərbaycan onsuzda Rusiyaya mallar göndərir. Burada hətta Rusiyanı və ya Türkiyəni qınayanlar da var. Rusiya əvvəllərdə dəfələrlə sərhədi pozub və nəhayət Türkiyə dövləti öz hava məkanını qorumaq qərarın verdi. Bu gözlənilən addım idi. Hesab edirəm ki, dövlət başçıları bu məsələni yüksək səviyyədə həll edəcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar