Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Qarabağdan uzaqlaşdırılır


2009-cu ildə ABŞ, Rusiya, Frans, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında sənəd imzalandı


Tarixə “Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirir. Ancaq bu vaxta qədər nə Ermənistan, nə də Türkiyə parlamenti sənədi ratifikasiya edib. Bu sənədin imzalanması Türkiyə və Ermənistan, o cümlədən Azərbaycan üçün yeni siyasi mərhələ hesab olunurdu.

Yeni tarixi başlanğıcın startı sayılan Sürix protokolları Türkiyə və Ermənistan sərhədlərinin açılması fonunda Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması məsələsini də gündəmə gətirirdi. Türkiyənin Ərdoğan hökuməti isə dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər Dağlıq Qarabağ problemi ədalətli həllini tapmadan açıla bilməz. 2013-cü ilin ilk aylarından yəqin ki, Sürix protokollarından qaynaqlanaraq Cənubi Qafqaz regionunda Türkiyənin aktiv siyasətinin prioritetləri sırasında sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli də dururdu.

Rusiya Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşmasına qarşıdır

Bu məqsədlə hətta ABŞ dövlət katibi ilə bir neçə dəfə Dağlıq Qarabağ problemini müzakirəyə edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəsmi Ankaranın təşəbbüslərini ön plana çıxarmaqla məsələnin həlli istiqamətində yeni format axtarışları üzərində düşünmək üçün zəmin yaradırdı. Bir sıra faktorlar səbəbindən Ermənistanla sərhədlərin açılması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli mümkünsüz görünür. Bu il Van-İrəvan aviareysinin açılacağı xəbərlərinin gündəmə daşınması deyəsən Türkiyənin Ermənistana isti mesajları idi. Bəzi ekspertlərin qənaətincə, Türkiyə mövcud siyasi durumda yalnız ABŞ-ın maraqlarına cavab verən addımlar atır. Elə buna görədir ki, bəlkə də bölgədə əsas söz sahibi olan Rusiya Türkiyə-Ermənistan sərhədlərinin açılmasında maraqlı deyil. Nəinki maraqlı deyil, hətta açıq şəkildə buna qarşıdır.

Müşahidəçilər hesab edirlər ki, Türkiyə Ermənistan sərhədləri açılarsa, birinci regionda aparıcı güclərdən birinə çevrilər və bu da Kremlin Cənubi Qafqaz maraqları əleyhinə yönələ bilər. Ancaq demək olar ki, Türkiyənin balanslı addımları dünya siyasi qütbləşməsində baş rol ifaçıları RusiyaABŞ-ın maraqlarına qismən cavab verir. Təsadüfi deyil ki, Türkiyə və Rusiya arasında illik ticarət dövriyyəsi 40 milyard dollar civarındadır ki, buna rəğmən də Ankaranın rəsmi Moskva ilə münasibətlərini korlaması gözlənilən deyil. Dövlətlərin maraqları baxımından bunu təbii qarşılamaq lazımdır. Türkiyəyə öncə ayaqda olmaq lazımdır. Bu məqamda onu vurğulamaq yerinə düşər ki, Türkiyə müəyyən mənada Qərbin Cənubi Qafqazda maraqlarını müdafiə edə bilər ki, bu da ən yaxşı halda Rusiyanı qıcıqlandıra bilər. İndiki situasiyada isə Rusiya da Türkiyə ilə münasibətlərə xələl gətirməkdə maraqlı deyil. Keçmiş müttəfiqlərini bir-bir əldən verən Rusiya Türkiyə kimi stratej tərəfdaşı niyə də əldən versin...?

Rusiya Cənubi Qafqazda özündən başqa güc görmək istəmir

Məsələnin başqa tərəfi isə odur ki, Rusiya özündən başqa hər hansı bir dövlətin Cənubi Qafqazda əsas oyunçuya çevrilməsini təbii ki, qəbul etməz. Diqqət edək, 2012-ci ildə Rusiyanın xarici siyasət konsepsiyasına imza atan Kreml rəhbəri Vladimir Putin regionda digər oyunçuların fəaliyyətini məhdudlaşdırmaq niyyətində olduğunu gizlətməyib. Bununla da Kreml Qərbin maraqları çərçivəsində Türkiyənin Qarabağla bağlı siyasi təşəbbüslərinə açıq şəkildə qarşı çıxdı. Bu mənada Türkiyənin Qarabağ probleminin həllinə xidmət edəcək kimi qələmə vermək istədiyi Sürix protokollarının da Azərbaycana heç bir xeyir verməyəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ən azı Rusiya faktoru ortadadır.

Rusiyadan bir az uzaq olan Suriyada Şimal qonşumuzun dirənişi (Əslində dünyanın super gücləri Suriyadan bir poliqon kimi istifadə etməyə razılaşmış kimi görünürlər-A.K) onu göstərir ki, o Cənubi Qafqazdan da hələ ki, vaz keçəməyəcək. İndi Ermənistanın açıq şəkildə Türkiyəyə qarşı çıxması da bunun tərkib hissəsidir. Bu vaxta qədər Türkiyənin Ermənistana “Azərbaycanın zəbt olunmuş torpaqlarını qaytarmayınca, sizinlə əlaqə qurmayacağıq” kimi mesajlarına Ermənistan sükutla cavab verirdisə, Davudoğlunun İrəvana səfəri zamanı Rusiyanın forpostu əməlli-başlı açıq mövqe bildirdi. Ermənistan XİN rəhbəri Edvard Nalbandyan türk həmkarı ilə görüşdə bəyan etdi ki, Türkiyə münasibətləri normallaşdırmaq istəyirsə, heç bir şərt irəli sürməməlidir.

Dünyanın sahibləri Azərbaycan üçün Dağlıq Qarabağ problemini hələ saxlamaq niyyətindədirlər

Bu əslində Türkiyənin Dağlıq Qarabağla bağlı Ermənistan tərəfinə verdiyi bəyanatlara cavab idi. Qərblə Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsində Ermənistan da təbii olaraq Moskvanın siyasətinə dəstək verir. Beləliklə, Cənubi Qafqazda ABŞ-a güzəştə getmək niyyətində olmayan Rusiyanın addımları Türkiyəni Qarabağdan kənarlaşdırmağı bacardı. Belə olan təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin “həlli”ni monopoliyasına alan ATƏT-in Minsk Qrupundan bundan sonra nəsə gözləmək də sadəlövhlük olar. Görünür, dünyanın sahibləri Azərbaycan üçün Dağlıq Qarabağ problemini hələ saxlamaq niyətindədirlər. Bunun çözümü ilə əlaqədar Türkiyə bir neçə dəfə “ümid qığılcımları” saçmağa çalışsa da, sonucda, nəticə sıfır oldu.

Bir müddət öncə Türkiyənin Cənubi Qafqazın əsas münaqişə ocağı olan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində “yola çıxması” yeni mərhələ açacağı ümidini yaratsa da, indi hər hansı müsbət irəliləyişdən danışmaq üçün əlimizdə heç bir əsas yoxdur. AzərbaycanErmənistan prezidentlərinin bu yaxınlarda Vyanada görüşü də zənnimizcə, danışıqlara elə də əhəmiyyətli təsir göstərmədi. Bir sözlə, hər nə qədər çətin olsa da, deməliyik ki, Qarabağla bağlı danışıqlar və səylər artıq dalana dirənib. Dünyanın Azərbaycana qarşı ciddi təzyiqlərinə baxmayaraq, ölkə başçısı torpaqlarımızın bir qarışının güzəştə gedilməyəcəyi bəyanatını dəfələrlə səsləndirib, hətta sülh yolu ilə alınmasa, Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edəcəyini bildirib. Bu, Azərbaycan xalqının mövqeyinin, iradəsinin ən düzgün ifadəsidir.

Türkiyə Qarabağ səhnəsindən kənarlaşdırıldı

Politoloq Qabil Hüseynli Modern.az-a məsələləri şərh edərkən bildirib ki, Türkiyə əslində Azərbaycan üçün son ümid yeri də sayılmırdı. Onun sözlərinə görə Türkiyənin təşəbbüsləri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə uyğun gəlmədiyindən onu bu səhnədən kənarlaşdırdılar.
“Buna görə Qərb və Rusiya Türkiyənin fəallığını qəbul etmirdi. Danışıqların dalana dirənməsini isə söyləmək məncə, tezdir. Çünki bu yaxınlarda AzərbaycanErmənistan XİN başçılarının görüşündə 5 rayonun qaytarılmasının mexanizmləri haqqında ümumi razılıq əldə olunub. Proseslər davam edir. Ancaq onu da demək olmaz ki, 5 rayonun qaytarılması ilə bağlı məsələlər uğurla nəticələnə bilər. Güman edirəm ki, prezidentlərin növbəti görüşü bu mərhələ yeni stimul qazana bilər”-deyə analitik şərh edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar