Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Rakka əməliyyatından çıxdaş olunur –Təhlil


İŞİD yaraqlıları Rakka şəhərində parad vaxtı


©AP Foto, Raqqa Media Center

Britaniyanın Reuters informasiya agentliyi martın 20-də xəbər dərc edib  ki, Rusiya PKK-nın Suriya qanadı Xalq özünü müdafiə dəstələrinə (YPG) təlim keçmək məqsədilə Suriyanın Afrin şəhəri yaxınlığında hərbi baza yaratmaq niyyətindədir. Rusiya tezliklə bu məlumatı təkzib edib.

Afrindən danışarkən Xatayda Kırıkxan rayon mərkəzindən 45 km və Kilis şəhərinin mərkəzindən 30 km məsafə haqda, yəni birbaşa qulağımızın dibindən söhbət gedir. 

Sonra Beyrut istehsalı təbliğata artıqlamasilə həsr olunan Reuters-in daha bir məlumatı gəldi: YPG öz siıahlı qüvvələrini 100 min nəfərədək artırmağı planlaşdırır. (Müqayisə üçün yada salaq ki, Almaniya ordusunun sayı 90 min, İtaliyanınkı 99 min, İsrailinki 176 min hərbçidən ibarətdir).

Bu məlumatın daxil olduğu anda yüksəkçinli rəsmi qaynaqla ondan danışırdıq ki, Türkiyənin son zamanlar martın 7-8-də ABŞRusiyaya təklif etdiyi Rakkada əməliyyat üzrə plana müsbət və ya mənfi cavab gəlibmi?

Xatırladığınız kimi, keçən həftə Türkiyənin Antaliyada görüşdə nə ABŞ-ı, nə də Rusiyanı özünün Rakka planına inandıra bildiyi haqda mülahizə yürüdürkən yazmışdıq ki, cavab hələ gəlməyib.

Türkiyənin Rakkaya nisbətdə təklifi sıradakından ibarətdir: prezident Ərdoğan ABŞ-ın həm əvvəlki prezidenti Barak Obamaya, həm də Donald ABŞ-ın YPG-dən imtinası halında Rakkanı birlikdə götürməyi təklif edib.

Hətta həm Rusiya, həm də ABŞ Antalya görüşündən sonra yetərincə aydın şəkildə eyham vurub ki, Ankaranın planı onları maraqlandırmır. ABŞ Mərkəzi komandanlığı (CENTCOM) hətta Suriyaya artilleriya bölməsi atmaq və bu məsələdə NATO üzrə tərəfdaşı Türkiyəyə ehtiyacı olmadığını göstərmək istəyib.

Bunula belə, Ankaranın mövqeyi ABŞ prezidenti Donald Trampın rəsmi bəyanatını gözləməkdir. Əlbəttə, nəzərdən qaçırmaq lazım deyil ki, bu gözlənti Türkiyədə 16 aprel referendumu ilə bağlı proseslə üst-üstə düşür. Çünki Türkiyənin Rakka əməliyyatında iştirakı haqda məsələ Ədalət və inkişıaf partiyası hökuməti üçün siyasi dəyərə malik olacaq. Yəni vaxt da sıxır.

Bu gün yazın başlanğıcı – Novruzdur, isti günlər astanadadır. Və Rakka əməliyyatı daha da geciksə, məsələn, mayın əvvəlinə çəksə, onda hər şeydən əvvə yerüsütü birləşmələrə Suriya istisində xüsusən çətin olacaq: hərbçilərin dəyərləndirməsi bu cürdür.

Tramp ümumiyyətlə qərar qəbul etməsə və Türkiyənin təklifi – indiki və yaxud düzəliş edilmiş formada – rəsmi təqdir qazanmasa, onda Rakkanın İŞİD-dən azad edilməsində iki əsas ssenari qalır.

1.Rakkaya nisbətdə ABŞ-YPG gedişi

Rusiyanın dəstəklədiyi Suriya rejiminin qüvvələri Rakkadakı əməliyyatı ABŞ-ın başçılığı ilə qüvvələrə buraxar və Fərat çayının sol sahili boyunca cənubi-şərqə Deyr-əz-Zora can atar, Palmiradan gələn güclərlə birlikdə bu əməliyyatı İraqa doğru davam etdirər. Görünür, CENTCOM bu durumda 2014-cü ilin yanvarından İŞİD-in əlində olan Rakkaya münasibətdə əməliyyatı özəyini YPG təşkil edən Suriya Demokartik Qüvvələri (SDQ) ilə keçirəcək. Amerikalıların Türkiyənin təklifinə meyllənməməyinin səbəbi iki il ərzində hazırlanmış əməliyyat planının dəyişməsi vaxt və büdcə itkisi və ola bilsin, “ekstremizm”in yeni dalğasını törədəcəyi haqda əndişədədir.

Amerikalıların fikrincə, Türkiyənin də bu əməliyyata qoşulmasında kağızda heç nə mane olmur. Lakin YPG-i özünün qırmızı xətti kimi müəyyən etmiş hökumət çətin ki buna razılaşsın.

Eyni zamanda amerikalılar qeyd edirlər ki, hətta Rakkanın bu cür üsulla azad ediləcəyi halda əhalisi ərəblər olan şəhərə YPG nəzarət etməyəcək. SDQ sıralarındakı ərəb ünsürlər də buna qarşı çıxış edirlər.

2.Rakkaya nisbətdə Rusiya-Suriya-YPG gedişi

Suriya qüvvələri Rusiyanın dəstəyi ilə Mənbicdən şərqə hərəkət etmək və Rakkaya çatmaq qərarı qəbul edə bilər. Bu durumda iki variantdan biri gerçəkləşir.

Birinci halda İŞİD Rakkanı tərk edə (“Fərat qalxanı” əməliyyatının gedişində Cərablusdakı kimi) və yaxud vuruşaraq (Əl-Babdakı kimi) geri çəkilə bilər (ehtimal ki, Deyr əz-Zor və yaxud İraqa istiqamətində). Bu şəraitdə Suriya rejimi qüvvələri Rakkaya girəcək, ABŞ isə qarışmayacaq.

İkinci variantda İŞİD belə və yaxud elə özünün siyasi mərkəzi saydığı Rakkada müqavimət variantını seçə bilər. Bu durumda ABŞ Rusiya və onun dəstəklədiyi Suriya ordusu ilə üz-üzə gəlmək istəməyəcək. Ola bilsin, ABŞ açıq toqquşmaya da getməyəcək, lakin əsla mane olmayacaq. Amma Suriya rejimi bu halda böyük yerüstü qüvvəyə ehtiyacı olan Rusiyanın dəstəyi ilə PKK-nın Suriya qanadı və YPG-ə bağlı “Demokratik Birlik” partiyası (PYD) ilə razılığa gəlməyə çalışa bilər. YPG döyüşçüləri yenə də İŞİD-ə qarşı vuruşmağa başlaya bilər, lakin bu dəfə ABŞ sıralarında deyil, Rusiya-Suriya cəbhəsində. Türkiyə bu cür əməliyyata cəlb olunmayacaq, elə özü də qatılmaq istəməyəcək. Aydındır ki, nəzərdən keçirilən variantların hər ikisində Türkiyənin üzərinə hər hansı mühüm rol düşməyəcək. Əlbəttə, bu, Türkiyə hökumətinin Suriya siyasətində geri daha bir addımı nəzərdə tuta bilər, lakin Türkiyənin Suriyadakı vətəndaş müharibəsinə cəlb edilməyəcəyini də hadisələrin əlverişli inkişafı saymaq mümkündür.

Bununla belə, bu iki ssenaridə mütləq nəzərə alınmalı olan daha bir mühüm element çatışmır: İran.

Qasım Süleymaninin başçılığı ilə İslam İnqilabı Keşikçilərinin Korpusunun tərkibindəki “Əl-Qüds” qüvvələri, şiə yaraqlıların xeyli təşkilatı və Livanın İranyönlü “Hizbullah”ı – onların hamısı birlikdə Suriyada (və İraqda) döyüş meydanında ən effektli yerüstü qüvvəni təmsil edir.

Əsəd rejimini dəstəkləyən iki ölkə kimi Rusiyaİranın münasibətləri yaxşıdır, lakin maraqlarının tam şəkildə üst-üstə düşdüyünü demək olmaz. Məsələn, “Hizbullah” və şiə yaraqlıları Holan yüksəkliklərinin yanında görünən kimi İsrail baş naziri Netanyahu bir anda Moskvada  göründü və prezident Putindən İranı onun sərhədlərindən kənarada tutmağı xahiş etdi. Lakin Rusiya martın 20-də İsrailə kəskin etiraz notası göndərib İsrail təyyarələrinin Palmira ətrafında Rusiya birləşmələrinin yaxınlığındakı şiə yaraqlılarına zərbələrini qınadı və tələb etdi ki, bu, təkrar olunmasın.

Təfərrüatı davam etdirmək olardı, amma hesab edirəm ki, məsələ aydındır. Suriyadakı mənzərə yeni hadisələrlə daha da mürəkkəbləşdikcə  Ankara sakitcə gözləməyi davam etdirir və Rakka əməliyyatından kənarda qalmaq riskindədir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar