Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə kriminal avtoritetlərə müharibə elan etdi

Türkiyə hakimiyyəti ölkədə məskunlaşan bütün kriminal avtoritetlərin axtarışını elan edib


Modern.az saytı xarici mediaya istinadən xəbər bildirir ki, polis bu “təmizliyə” “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsindən sonra qərar verib.

R.Canıyev İstanbulun Beşiktaş rayonundakı otellərdən birində yerləşmişdi. Bəzi məlumatlara görə, o, orada mənzil-qərargah yaradaraq görüşlər keçirirdi. 

Bundan əvvəl yayılan xəbərə görə, Rövşən Lənkəranski Türkiyədə daha çox nüfuz qazanıb və “bir nömrəli oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) opponenti hesab olunub. Mənbələr qeyd edirlər ki, Kalaşovun həbsindən sonra Canıyev öz fəallığını artırıbmış.

Rövşənin arxa oturacağında olduğu avtomobili naməlum şəxslər güllə atəşinə tutublar. Bir versiyaya görə, bu qətllə yerli kürdlər bağlıdırlar və onlar Aslan Usoyanın (Ded Xasanın) qisasını alıblar. 

Digər versiyaya görə, Canıyevin öldürülməsini Şakro Molodoyun adamları – Laşa Şuşanaşvili (Laşa Rustavski), Yuri Piçuqin (Piçuqa) və Vasili Xristoforov (Vasya Voskres) təşkil ediblər.

“Sputnik”in məlumatına görə, hazırda Merab Djanqveladzenin ovuna çıxılıb. Əgər o öldürülərsə, İstanbul klanı tamamilə başsız qalacaq. 

Rövşən Canıyevin qətlinə görə İstanbul polisi onun 3 silahdaşını da saxlayıb. Bunlar Azərbaycan vətəndaşları Hacı Beylaqanlı (Talıbxanlı), Zaur Sumqayıtlı və Vahid Bakılıdır. Onların Canıyevlə sonradan öldürüldüyü oteldə keçirilən görüşdə iştirak etdikləri bildirilir.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar