Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə niyə Belarus ola bilmədi? - Azərbaycan cavab gözləyir


Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə qəbul olunan qətnaməyə Türkiyə deputatlarının da lehinə səs verməsi iki gündür mətbuatın gündəmindədir


Qafqazinfo”nun əldə etdiyi məlumata görə türk deputatlarının bu addımı təkcə media səviyyəsində deyil dövlət strukturlarında da ciddi narazılıqla qarşılanıb. Hələlik bunun haqda Türkiyə tərəfinə rəsmi heç bir etiraz bildirilməsə də, son hadisə bu vaxta qədər mövcud olan və münasibətləri qorumaq naminə üstünə çox gedilməyən digər məsələləri də gündəmə gətirib. Bu məsələlər haqda yazının sonunda məlumat verəcəyik.

Əslində, Azərbaycan tərəfinin səbri oktyabrın 11-nə kimi dözürdü. Amma həmin gün AŞPA-da Azərbaycandakı durumla bağlı aparılan müzakirələrdə Türkiyənin bir sıra deputatları əks cəbhədə yer aldı. Türkiyə parlamentində CHP-ni təmsil edən Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici Stefan Şennax və Sezar Florin Predanın hazırladığı “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamə ilə razı olduqlarını sənədin qəbul olunmasının lehinə səs verməklə nümayiş etdirdilər. Türk deputatların bu hərəkəti Azərbaycanda səbrin tükənməsi üçün son damla rolunu oynadı. Onların Azərbaycana qarşı qərəzli münasibəti, eyni zamanda erməni lobbisinin və anti-türk, anti-islam dairələrlə birgə addım atmasına bu günə qədər heç bir izahat verilməyib. Nə hakim partiya olan AKP tərəfindən, nə də CHP... Azərbaycana isə izahı olmayan bu addımla bağlı ən azı bir izahat lazımdır...

Və bu son hərəkət Azərbaycan tərəfini bir sıra müqayisələr aparmağa, yaxın tarixi vərəqləməyə məcbur edir. Biz də onları yada salaq.

Lap yaxınlarda bir neçə Türkiyə vətəndaşı Dağlıq Qarabağa qeyri-qanuni səfər etdi. Azərbaycan Respublikasının  işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən Türkiyə vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozdular, Azərbaycan bununla bağlı rəsmi narazılığını bildirdi ki, onların bu addımı iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə ziddir. Həmin səfərdə iştirak edən Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğluya qarşı heç bir tədbir görülmədi. Hazırda onlar sərbəst fəaliyyət göstərməkləri bir yana qalsın, səfərləri haqda Türkiyə mediasına müsahibələr verirlər. Müsahibələrdə isə ermənilərin qonaqpərvərliyindən söz açılır... 

Bu günə qədər Türkiyənin rəsmi hakimiyyəti həmin 4 nəfər haqda heç bir tədbir görməyib. “Bir millət iki dövlət” olmadığımız Belarus hakimiyyətində olan cəsarəti və səmimiliyi “Bir millət, iki dövlət” olduğumuz Türkiyənin iqtidarında görməmək həm ictimai, həm də rəsmi dairələrdə narahatlıq yaradır.

Hələ bu azmış kimi, Türkiyə Parlamentinin üzvü, erməni mənşəli millət vəkili Karo Paylan davamlı olaraq Ermənistana səfərlər edir. Orada Ermənistan prezidenti ilə görüşlər keçirir və iki dövlətlə münasibətləri normallaşdırmağa çalışır. Nə üçün dövlətin rəhbərliyi bu deputatı çağırıb ondan soruşmur ki, belə bir missiyanı ona kim həvalə edib.

Azərbaycan-Türkiyə münasibətlərinin arzuolunmaz məcraya yönəlməsinə xidmət edən bu səfərin xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalı və beləliklə gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni ziyanlı addımlardan çəkindirməlidir.

Proseslər bu şəkildə gedərsə münasibətlərin kəskinləşəcəyi qaçılmazdır. Bunun baş verməməsi üçün isə hazırda top Türkiyə hakimiyyətindədir. Bu sadəcə XİN və yaxud səfirlik səviyyəsində açıqlama yaymaqla həll ediləcək problemə bənzəmir. Həm Azərbaycan əleyhinə səs vermiş deputatlar, həm Qarabağa səfər edən vətəndaşları ilə bağlı konkret addımın atılması real bir şərtdir. 

Hansı ki, belə addımı Azərbaycan prezidenti İlham Əliyev bir necə dəfə atıb.  İ. Əliyevin bir müddət əvvəl AŞPA-da Türkiyə rəhbərliyinin iştirak etmədiyi bir toplantıda bu ölkəni öz ölkəsi kimi müdafiə etmişdi. 2016-cı ilin əvvəlində Türkiyədə baş verən ardıcıl terrorlar zamanı bu ölkəyə təcili səfər etməsi, hər zaman Türkiyənin yanında olduğu mesajını verməsi bütün dünyanın diqqətini çəkmişdi. Yəqin ki, hər iki addım hələ uzun müddət yaddaşlardan  silinməyəcək.

Bundan əlavə Türkiyədə silahlı qiyam zamanı Əliyevin Rəcəb Tayyib Ərdoğana dəstəyi də mühüm məqamlardan biridir. Bu dəstək sadəcə Azərbaycan tərəfinin telefon zəngi və ya məktubu ilə kifayətlənmədi. Ölkəmizdə AKP iqtidarının əleyhinə fəaliyyət göstərən bütün şəbəkənin darmadağın olunması hər kəsin gözü qarşısında baş verdi. Qiyama rəhbərlik edən Fətullah Güləndən intervü alan ANS telekanalının da məhz “terrorun təbliği” suçu ilə bağlandığını Türkiyə rəhbərliyi bilməmiş deyil. 

Təkcə ölkə prezidenti deyil Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. 

İndi növbə Türkiyənindir...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar