Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə paralel dövlətlə vidalaşır


Bəlkə də Türkiyədə iyulun 15-dən 16-na keçən gecə baş verən hadisələrin başlıca yekunu kimi dövlət sistemində olan demokratik təsisatların və qeyri-rəsmi qapalı birliklərin timsalında paralel aləmlərin birgəyaşayış dövrünün sonunu göstərmək olar


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş tutmayan qiyamı paralel dövlətlərin birgəyaşayış dövrünün sonu kimi xarakterizə edib.

Paralel strukturların başlıca komponenti kimi ənənəvi olaraq türk ordusu çıxış edib ki, Konstitusiyaya görə, siyasətdən kənarda olub. Ancaq əslində Türkiyənin siyasi həyatının gedişini müəyyən edib.

Bu imtiyaz orduya Osmanlı fəthi dövründə verilib və Türkiyə Cümhuriyyətinin formalaşması dövründə öz təyinatını saxlayıb. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi dövründə ordu öncə cümhuriyyətini yaradıb, sonra isə Konstitusiyanın qorunması missiyasını öz üzərinə götürüb.

60-90-ci illərdə ordu dörd dəfə siyasi idarə oluna bilməmənin qarşısının siyasi vasitələrlə yox, hərbi yolla alınması missiyasını öz üzərinə götürüb ki, bu da qısa müddətdə müsbət effekt verib, lakin ümumilikdə yaranan problemləri konstitusion vasitələrlə həll etməyə qadir siyasi mədəniyyətin formalaşmasına mane olub. Ordunun ölkədə və dünyadakı vəziyyətin inkişafına öz baxışı olub və bununla da mülki hökumətə daxili və xarici siyasətdə bu və ya başqa məsələlərə bağlı öz baxışlarını yeridib.

Ərdoğan hakimiyyətə dərin siyasi-iqtisadi böhran, siyasi partiyaların deqradasiyası və növbəti hərbi çevriliş təhlükəsi şəraitində gəldi. Dini şüarlardan istifadə edərək  yadda qalan iqtisadi islahatlar həyata keçirdi, cəmiyyətin və silahlı qüvvələrin bir hissəsinin dəstəyini qazandı.  Sonda bu, onun 2013-cü ildə hakimiyyətin ultramillətçi gizli təşkilat “Ergenekon”dan olan hərbi nümayəndələri ilə qarşıdurmada qalib olmasına imkan verdi. Bu qələbə qəti deyildi, belə ki, o, ordunun siyasətə təsirinin bir qədər zəifləməsi, onun sıralarında parçalanma ilə kifayətlənməli oldu. Qiyamçıların indiki qeyri-ardıcıl hərəkətləri, qətiyyətsizliyi onun hərbi-siyasi monolit kimi mövcudluğunun sonunu göstərdi. Bu, Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyədə siyasi sistemdə islahatların ciddi göstəricisidir.

Baş tutmayan qiyam Ərdoğanın orduda daha miqyaslı islahatlar keçirməsinə və onu sivil dünyanın davranış normalarının tələb etdiyi kimi xarici təhlükələrdən müdafiə institutu kimi yenidən formalaşdırmasına imkan verəcək.

Buna paralel olaraq Ərdoğan vətəndaş komponenti də daxil olmaqla, demokratik institutları gücləndirməli olacaq. Iyulun 16-da vəziyyətin dəyişməsində vətəndaşların həlledici rol oynaması faktdır. Bütün çevrilişlər tarixində ilk dəfə olaraq demokratiyanın müdafiəsi üçün, üstəlik, Ərdoğanın özünün çağırışı ilə küçələrə çıxdılar.

Beləliklə, hadisələr və proseslər göstərdi ki, cəmiyyət demokratiya üçün yetişib və onu müdafiə etməyə hazırdır. Və Ərdoğan bütün yarımavtioritar meyllərilə bu fenomenlə hesablaşmalı olacaq. Demokratiyanın inkişafı ölkədə sabitliyin, eləcə də hakimiyyətin möhkəmliyinin, orduda islahatların və Türkiyə siyasi ənənəsinin əsas qarantına çevrilir.

Hadisələr həmçinin göstərdi ki, Türkiyədə demokratik institutların xilaskarı kimi Ərdoğanın vaxtaşırı olaraq məhdudlaşdırmağa can atdığı KIV, sosial media, vətəndaş təşəbbüsləri çıxış etdi. Və yaxın gələcəkdə onlarla münasibətlə bağlı yenidən düşünməli olacaq. 15-16 iyun hadisələrinin fenomeni də budur.

“Turan” analitik xidməti

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar