Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə partiyalarının “suriyalı ovu”


Qaçqınlar gələcək seçkilərin nəticələrini müəyyənləşdirə bilər


Mehmet Çetingüleç

"Al-Monitor"

Türkiyəyə sığınmış, 3 milyonu suriyalı olan ümumən 3,5 milyon qaçqının siyasi cəbhədə "deyərləndirilməsi" prosesi başladı. Çünki qaçqınlar 2019-cu ildə keçiriləcək yerli, parlament və prezident seçkilərində yeni bir səs anbarı kimi ortaya çıxa bilər. Amma necə?

Suriyadakı müharibədən qaçan 252 nəfərlik ilk qaçqın karvanı 2011-ci il aprelin 29-da Türkiyə ərazisinə ayaq basdı. Bu say 2012-ci ilin sonunda 150 minə, 2014-cü ildə 1,9 milyon nəfərə çatdı.

Mühacirlər ötən il aprelin 29-da beşillik gözləmə müddətini dolduraraq vətəndaşlıq üçün müraciət haqqı qazanmağa başladı. 2016-ci ildə yalnız 252 adamın qazandığı bu hüquq 2017-nin sonunda 150 min, 2019-cu ildə isə 1 milyon 900 min nəfəri əhatə edəcək. Başda İraq olmaqla, Yaxın Şərq və Afrika ölkələrindən gələn qaçqınlar də nəzərə alındıqda, say 2 milyonu aşa bilər.

Vətəndaşlıq müraciətləri Nazirlər Kabinetinin tərəfindən təsdiqlənməlidir. Hökumətin bu günə qədər qaçqınlara yanaşması müsbət olduğu üçün təsdiq mövzusunda heç bir maneə görünmür. Hətta barmaq izlərinin alınması, biometrik kimliyin çıxarılması, səhiyyə, təhsil, sığınma kimi problemlərin əhəmiyyətli miqyasda aradan qaldırılması, iş icazələrinin verilməsi vətəndaşlığa hazırlıq olaraq qiymətləndirilə bilər.

Türkiyə Respublikası əhalisinin təxminən 80 milyon olduğu nəzərə alındıqda, Suriya və digər mənşəli qaçqınlara vətəndaşlıq verilməsi ümumi əhalinin sayına təxminən 2,5%-lik əlavə deməkdir.

Bu məqamda ortaya çıxan sual budur: mühacirlər, xüsusilə prezident seçkisində təyinedici amil ola bilərmi?

Prezident üsul-idarəsinə keçidi təmin edən Konstitusiya dəyişikliyinin ictimai rəyə təqdim edildiyi 16 Aprel referendumunda25 milyon 157 min 463 "bəli", 23 milyon 779 min 141 "xeyr" rəyi verildi; "bəli"  – 51.41%, "xeyr" – 48.59%.

CHP açıqlanan nəticənin saxta olduğu iddiası ilə referendumun nəticələrindən Avropa İnsan Haqqları Məhkəməsinə şikayət etməyə hazırlaşır. Ancaq rəsmi nəticələr nəzərə alaraq belə "bəli" və "xeyr" səsləri arasındakı fərqin yalnız 1 milyon 378 min olması suriyalı qaçqınların gələcəkdə mühüm mövqeyə gələ biləcəyini göstərir. Çünki əslində, fərq görünənin yarısı qədərdir. Yəni referendumda 689 min 1 adam digər cəbhəyə səs vermiş olsa, nəticə dəyişə bilərdi.

Məhz buna görə tərəflər bir-birlərinin seçici bazasına göz dikmiş vəziyyətdədir.

Belə bir dövrdə qaçqınların yeni səs kütləsi kimi ortaya çıxması bütün partiyaların iştahını oyadacaq. Suriyalılar barədə mənfi ifadələr yerini onların marağına səbəb olacaq vədlərə verəcək.

Referendum kampaniyası zamanı ekzit-pollarda nəticələrin bir-birinə çox yaxın olduğunu nəzərə alıb, iqtidar qanadı gözünü Avropadakı türklərin səslərinə dikmişdi. Halbuki 2015-ci ilin parlament seçkilərində xaricdə yaşayan türklərin səs sayı cəmi 1 milyon 30 min idi. Ümumən 48 milyon 374 min seçicinin səs verdiyi son referendumda isə 31 Avropa ölkəsi daxil olmaqla, xaricindəki türklərin hamısının səs sayı 1 milyon 325 min səviyyəsində reallaşdı.

Bu rəqəmləri nəzərə alaraq, Türkiyədəki qaçqınların ən az Avropadakı türk seçicilər qədər əhəmiyyətli hala gələcəyini söyləmək mümkündür. Almaniyada, məsələn, Avropa ölkələrinin heç birində Türkiyədəki qaçqın sayı qədər türk yoxdur.

Hökumətin xüsusi bir tənzimləmə ilə qaçqınların hamısına vətəndaşlıq vermə kimi bir tədbir görəcəyi ehtimalını də unutmamaq lazımdır. Çünki 2019-cu ildə keçiriləcək üç seçkidəki rəqabət referendumla müqayisədə daha kəskin olacaq. Belə bir mühitdə AKP hökuməti əlindəki bütün "koz2ları meydana çıxarmaqdan çəkinməyəcək.

"Bəli" cəbhəsi səs döşəməsini möhkəmlətmə axtarışına girərkən, 48,6%-lık rəsmi nisbətə çatmış "xeyr" cəbhəs səslərini çoxaltmağa girişib. Çünki CHP son 14 ildir keçirilən seçkilərdə 30%-ə belə çata bilmədiyi üçün Türkiyədəki müxalif cəbhənin iqtidara gəlmə ümidini kəsmiş, bu bezginlik sol seqmenti seçki qutusundan uzaqlaşdırarkən, AKP-nin yolunu yaxşıca genişləndirmişdi.

İlk dəfə 16 Aprel referandumunda ana blokunu CHP-nin təşkil etdiyi "xeyir" cəbhəsi iqtidara çox yaxınlaşdığını gördü. Motivasiyası yüksələn müxalifət 2019 seçkilərinə gedərkən cəbhəni gücləndirmədə ümidli görünür.

CHP lideri Kamal Kılıçdaroğlu "xeyr" cəbhəsində yer alan partiyaları bir arada tutmaq üçün görüşlərə başlayıb. "Xeyr"çilər referendumda tutduqları küləyin 2019-cu ildə qeyri-sabit seçicilərin böyük nisbətdə özlərinə çəkəcəyini düşünür.

Belə bir halda, suriyalıların yaradacağı üstünlük xüsusilə prezident seçkilərində təyinedici amil ola bilər. İqtidar qanadı vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri açıq qapı siyasəti yürütdüyü üçün qaçqınlara dair yüksək gözlənti içərisindədir. Müxalifət isə qaçqınların yaşadığı dramı hökumətin yürütdüyü Suriya siyasətinin nəticəsi sayır.

Qaçqınların 10 faizi düşərgələrdə, 90 faizi isə Türkiyədə dağınıq olaraq çətin şəraitdə həyatla döyüşür. İşləməyən qaçqınların yeganə gəliri adambaşına ayda 100 lirəlik yardım kartıdır. Hər nə qədər sosial müavinətlərin AKP ilə qaçqınlar arasında bir körpü meydana gətirdiyi düşünülsə də, hər gün problemlərlə üzləşən, adaptasiya çətinliyi çəkən, olduqları şəhərlərdə təcridləndikləri üçün koloniya halında yaşamağı üstün tutan qaçqınların üzləşdiyi iqtisadi və ictimai faktorların sayı olduqca çoxdur.

Buna görə də gələcək seçkilərin taleyinə təsir edəcək qaçqın səslərinin blok olaraq bir partiyaya verəcəyini söyləmək mümkün deyil. Digər tərəfdən, siyasi partiyaların Suriya mənşəli vətəndaşlara verə biləcəyi fürsətlər da səsvermədə əks olunacaq. Çünki vətəndaşlıq – seçmə və seçilmə haqqını da özü ilə gətirir. Odur ki, gələcək seçkilərdə qaçqınların sıx yaşadığı Qaziantep, Kilis, Urfa, Adana, Osmaniyə, Hatay, İstanbul kimi məkanlarda suriyalıların namizəd göstərilməsi təəccüblü olmayacaq.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar