Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə səfirindən Azərbaycan Prezidenti və xalqına təşəkkür


“Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəy olduğunu ən güclü şəkildə ortaya qoyub”


Azərbaycan Prezidenti İlham Əliyevə, Prezidentin şəxsində bütün Azərbaycan hakimiyyətinə və azərbaycanlı qardaşlarımıza baş vermiş faciə ilə əlaqədar nümayiş etdirdikləri həmrəyliyə görə təşəkkürümü bildirirəm”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir qeyd edib ki, hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəy olduğunu ən güclü şəkildə ortaya qoyub: 

“Baş verən hadisə çox sayda mülki insanın həyatına son qoyan, qəbuledilməz, xain terror hücumudur. Əlbəttə ki, bizim terror hücumları ilə yaşamağa alışmaq fikrimiz yoxdur. Bunlara qarşı ən güclü şəkildə mübarizə aparacağıq. Amma bu, təkcə Türkiyənin problemi deyil. 

Dünyanın müxtəlif yerlərində Avropada, Amerikada, Pakistanda, Afrikada baş verən qlobal problemdir. Bu problemlə mübarizə aparmaq üçün birlik olmaq lazımdır. İstanbuldakı hücumdan sonra Azərbaycanla yanaşı, müttəfiqlərimizdən həmrəylik mesajları gəldi.

Lakin vacib olan hadisənin önünə keçməkdir. Biz bu məsələni həll etməliyik. Bu, təkcə Türkiyənin məsələsi deyil, hədəf təkcə Türkiyə deyil. Hədəf insanlıqdır. Bütün terror mənbələri ilə eyni qətiyyətlə mübarizə aparılmalıdır”. (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar