Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Rusiya kəşfiyyat məlumatlarını mübadilə edir



PİA.AZ Türkiyə və Rusiya hərbçiləri davamlı rabitə şəraitində Suriya üzrə kəşfiyyat məlumatlarını bölüşürlər


Bu barədə çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

«Biz deyirik ki, «Ərafat qalxanı» əməliyyatı kontekstində «İslam dövləti» qruplaşması ilə mübarizə aparan bütün tərəflərlə əməkdaşlıq edirik. Rusiya ilə münasibətlər normallaşandan sonra aramızda effektli mexanizm işləyir, bütün mövzular üzrə kəşfiyyat məlumatlarının mübadiləsi gedir. Baş qərargah rəisləri daim danışıqlar aparırlar və bu əməkdaşlıq fayda verir» – deyə, Çavuşoğlu qeyd edib.

Çavuşoğlu daha sonra deyib: «Daimi koordinasiya şəraitində fəaliyyət göstərmək ona görə faydalıdır ki, mümkün hərbi xarakterli problemlərdən qaçmaq mümkün olur. Terrorçuluqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi hər birimizin əsas vəzifəmizdir. Rusiya ilə aramızda fikir ayrılıqları ola bilər. Məsələn, Hələbə yönəlik. Ancaq biz dialoqu davam etdirməliyik».

Nazir onu da qeyd edib ki, Suriyadakı vəziyyətlə bağlı Ankara məlumatların mübadiləsini digər dövlətlərlə, o cümlədən, Fars körfəzi dövlətləri və koalisiya üzvləri ilə də aparır.

İraqın «İslam dövləti» qruplaşmasından təmizlənməsinin perspektivinə yönəlik Çavuşoğlu bəyan edib ki, Türkiyə «öz ünvanına təhlükənin meydana çıxacağı təqdirə, onları neytrallaşdırmaq üçün bütün imkanlardan, o cümlədən, yerüstü əməliyyatlardan da istifadə edəcək».(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar