Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə vətəndaşlarının “qənimi”nin yeni əməlləri üzə çıxır


Bakıda dələduzluq etdiyinə görə polis tərəfindən saxlanılan şəxsin yeni əməlləri üzə çıxıb


Lent.az-ın əldə etdiyi məlumata görə, Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Bağırov Elməddin Fəxrəddin oğlu polisə şikayət edərək bildirib ki, tanışı 1988-ci il təvəllüdlü Elmir Rövşən oğlu Dilbaziyə ona viza düzəltməsi üçün 200 manat verib. Lakin E.Dilbazi vədinə əməl etməyib və pulu mənimsəyib.
 
Oxşar şikayət ərizəsi ilə Qazax sakini olan Həsənov Elnur Saməddin oğlu da polisə müraciət edib. O, qeyd edib ki, əslən Qazax rayonundan olan E.Dilbazi viza dzəltmək adı ilə 1270 manatını ələ keçirib.
 
Qeyd edək ki, daha əvvəl Türkiyə vətəndaşı, 1946-cı il təvəllüdlü Acımış Necat Abduləziz oğlu polisə müraciət edərək Xəqani küçəsində Elmir Rövşən oğlu Dilbaziyə evinə kupça düzəltdirməsi üçün 400 manat verdiyini deyib. Lakin həmin şəxs vədinə əməl etməyib və pulu mənimsəyib. Aparılan araşdırmalar nəticəsində Qazax rayon sakini olan 1988-ci il təvəllüdlü Elmir Dilbazi yaxalanıb.
 
Sonrakı araşdırmalarla müəyyən edilib ki, E.Dilbazi daha əvvəl Əfqanıstan vətəndaşı Muhammadi Rafz Muhammadi Rza oğlundan viza düzəltmək adı ilə 2750 manat, Türkiyə vətəndaşı Mustafa Çelikdən qeydiyyata düşmək üçün 520 manat, Türkiyə vətəndaşı Nihat Soymandan pensiya sənədi düzəltmək üçün 1000 manat, Türkiyə vətəndaşı Muhammet Çatınqurddan viza düzəltmək üçün 500 dollar, Türkiyə vətəndaşı Çetin Güzelsudan nikah və qeydiyyat sənədi düzəltmək üçün 2050 manat alıb.
 
Hazırda E.Dilbazi ətrafında araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar