Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə “Rusiya, yoxsa Qərb” seçiminə sürüklənir


İki ölkə münasibətləri “qırmızı xətt”ə yaxınlaşır; Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Əhməd Davudoğlu: “Suriya münaqişəsi türk-rus münaqişəsinə keçməməlidir”...


Rusiyanın Suriya konfliktinə hərbi müdaxiləsi Türkiyə-Rusiya münasibətlərinin gələcəyini bütün ciddiliyi ilə sınağa çəkib. Çünki Moskvanın bu konfliktdə güddüyü hədəflər qardaş ölkənin, Qərbin əsas hədəfləri ilə xeyli dərəcədə üst-üstə düşmür - rəsmi Kreml əməliyyatların məqsədinin sırf İŞİD-i məhv eləmək olduğunu dönə-dönə bəyan eləsə də.

Bununla belə, müşahidələr iki ölkə münasibətlərinin sürətlə “qırmızı xətt”ə yaxınlaşmaqda olduğunu göstərir. Son olaraq bunu prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatından, daha doğrusu, Rusiyaya xəbərdarlığından sezmək olar. Rus qırıcılarının Türkiyə hava məkanını pozması ilə bağlı o, işarə vurmuşdu ki, Rusiya Türkiyəni itirə bilər və bunun da ziyanını ən çox Rusiya çəkər. 

“Ankaranın Suriya ətrafındakı situasiyadan dolayı Moskva ilə maraqlarla bağlı konflikti yoxdur”. Bunu isə baş nazir Əhməd Davudoğlu dünən aviazərbələrlə bağlı durumu şərh edərkən bildirib. “Lakin Kreml bizim narahatlığımızı diqqətə almalıdır. Biz Rusiya ilə dost və qonşu ölkələrik. Ancaq Türkiyə öz sərhədlərinin təhlükəsizliyi məsələsində güzəştə gedə bilməz” - söyləyib baş nazir. 

Onun sözlərinə görə, “Suriya böhranı türk-rus böhranlına keçməməlidir”. Davudoğlu daha sonra deyib ki, Rusiyanın hava zərbələri Suriya müxalifətinə qarşı yönəlib və yalnız 57 zərbədən 2-si İŞİD mövqelərinə endirilir. “Biz İŞİD-lə mübarizə aparan hamını dəstəkləyirik. Lakin mötədil Suriya müxalifətinə hücumlar İŞİD-i gücləndirir” - əlavə edib baş nazir.
***
Rusiya isə həqiqətən Suriyada mürəkkəb situasiya ilə qarşılaşıb və bu, təkcə Türkiyə amili ilə bağlı deyil. Qəliz durumu artıq rusiyalı ekspertlər də müşahidə etməyə başlayıblar. Məsələn, rosbalt.ru saytına açıqlamasında rusiyalı politoloq Aleksey Makarkin bildirib ki, Rusiya üçün əsas təhlükə Suriyadakı situasiyanın özünün tam nəzarəti altında olduğunu hesab etməsidir (axar.az).

Onun sözlərinə görə, qısa zaman ərzində Suriyadakı problemləri həll etmək mümkün olmayacaq: “Bir azdan proseslər ən pik nöqtəsinə çatacaq. Moskva müəyyən müddətə Əsədin qaydaları ilə oyun başlada bilər. Rusiya elə hesab edir ki, Suriyadakı Əsəd qoşunları, İran ordusu və ”Hizbullah" onun rəhbərliyi altında birləşib, İŞİD-ə qarşı dayana biləcək. Əgər bu ordular İŞİD-ə qarşı dayana bilməsə, Moskva ABŞ-ın Vyetnamda qarşılaşdığı duruma düşəcək".

***
“Qərb Türkiyəni Rusiya ilə üz-üzə qoymağa cəhd edəcək”. Bu barədə isə Rusiyanın Suriya siyasəti fonunda Qərbin Türkiyəni müharibəyə təhriki məsələsini şərh edən politoloq Fərhad Mehdiyev bildirib. O, Qərbin Türkiyəni seçim qarşısında qoyacağını düşünür: “Əvvəla, Rusiyanın bu müharibəyə müdaxiləsi Türkiyənin xeyrinə də ola bilər, o şərtlə ki, İŞİD və Azad Suriya Ordusundan (ASO) sonra Rusiya YPG-nin də mövqelərinə zərbə endirsin. Belə olan halda Əsəd qüvvələri Suriyanın şimalını təkrar ələ keçirə bilər. Bu da şimali Suriyada sığınacağı olan PKK-ya böyük bir zərbə olardı. Lakin Rusiyanın belə bir addım atacağı məlum deyil, eyni zamanda Ərdoğan bu məsələni aydınlaşdırmayıb. Rusiyanın son addımı Qərbin müəyyən maraqlarını da təhlükə altına qoyur”. 

Politoloqun qənaətincə, Rusiyanın Suriyaya bu şəkildə müdaxiləsi daha böyük savaşın meydana çıxmasına səbəb ola bilər: “Qərb Türkiyəni Rusiya ilə üz-üzə qoymağa cəhd edəcək və çox güman ki, Türkiyəni seçim qarşısında qoyacaq: ya Qərb, ya da Rusiya. Hətta NATO Rusiyaya gözdağı vermək istəsə, bunu Türkiyənin əli ilə etməyə çalışacaq. Ancaq hava hücumuna qarşı müdafiə sistemləri zəif olan Türkiyə buna getməyəcək. Belə olan halda isə nəticədə Türkiyə məcburən Qərbi seçəcək, halbuki bu konfliktdə Rusiyanın yanında olmaq kürd probleminin həlli baxımından Ankaraya daha sərfəlidir. Türkiyə NATO kartını seçəcək və böyük ehtimalla, ”Patriot" raketlərinin quraşdırılmasını istəyəcək. Bu variant isə Türkiyə üçün daha təminatlı ola bilər. Rusiya kürdlərin müstəqilliyini və Suriyanın bölünməsini onsuz da dəstəkləməyəcək. Çünki nə Əsəd, nə də İran bunu istəyir. Üstəlik, bu, Qərb və İsrailin maraqlarına uyğun olduğu halda, Rusiyanın marağına uyğun gəlmir".

***
Qeyd edək ki, ötən gün Rusiyaya aid daha bir döyüş təyyarəsi Türkiyə hava məkanını pozub. Hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya xəbərdarlıq edib. Rusiyanın Xarici İşlər Nazirliyi isə faktı etiraf edərək hadisənin naviqasiya xətası nəticəsində baş verdiyini bildirib.
Rusiya döyüş təyyarələrinin ikinci dəfə Türkiyə sərhədini pozması artıq Ankaranın səbir kasasını doldurub, Türkiyə ordusu hazırlıq vəziyyətinə gətirilib, hava hücumundan müdafiə sistemləri Rusiya hərbi bazasının yerləşdiyi Tartus şəhərinə yönəldilib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar radarlar gücləndirilmiş rejimə keçib. Türkiyə Baş Qərargahı Suriya tərəfdən hava sahəsinin pozulacağı təqdirdə hədəfin dərhal məhv edilməsinə dair göstəriş verib.

***
Beləcə, hələlik dəqiq bilinmir ki, Rusiya Türkiyənin, demək, həm də NATO-nun hava sərhədlərini təsadüfən pozur, yoxsa  məqsədlı şəkildə? Burdaca qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi belə insidentləri araşdırmaq üçün Türkiyə və Qərb dövlətlərinə birgə işçi qrupları yaratmağı təklif eləmişdi. O da diqqətçəkicidir ki, bütün bu izahatlara və təkliflərə rəğmən, ABŞ Türkiyəni Rusiyaya qarşı müharibəyə təhrik edən bəyanatlar verməkdə davam edir. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar