Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı

Türkiyədə ABŞ prokurorları Prit Bxarar və Cun X.Kimə qarşı cinayət işi başlanıb


Cinayət işinə İstanbul prokurorluğu tərəfindən ABŞ-da bir neçə Türkiyə vətəndaşı barəsində məhkəmə icraatının gedişatı ilə əlaqədar başlanılıb.

 Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq zamanı əsassız məlumatlar və ya oğurlanmış sənədlər sübut və dəlil kimi istifadə edilib.
 
ABŞ prokurorlarının hərəkətləri beynəlxalq hüquq normalarına və Türkiyənin qanunvericiliyinə  ziddir”, deyə Prokurorluğun məlumatında qeyd olunur.
 
Qeyd edək ki, martda ABŞ-a səfər etmiş  Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib.   
 
ABŞ Prokurorluğu onu daha əvvəl Amerikada həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi M.H.Atillanın R.Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edir  
 
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ prokuroru Prit Bxararın FETÖ üzvü olduğunu və M.H.Atillanın terror təşkilatının rəhbəri Fətullah Gülənin  göstərişi ilə həbs edildiyini bildirib.(Apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar