Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə Avropanı Asiyaya birləşdirən üçüncü körpü açılır


İstanbul boğazının üçüncü körpüsü olan Yavuz Sultan Selim körpüsünün rəsmi açılış mərasimi keçirilir


APA-nın məlumatına görə, bu, Avropanı Asiyaya bağlayan üçüncü körpü olacaq.
 
Körpünün açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Bəhreyn kralı Hamed bin İsa Al Halife, Bosniya-Herseqovina Prezident Şurasının sədri Bəkir İzzetbegoviç, Makedoniya prezidenti George İvanov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Bolqarıstan baş naziri Boyko Borisov, Serbiya baş nazirinin müavini Rasim Ljajic, Gürcüstan baş nazirinin birinci müavini Dmitri Kumsişvili və digər dövlət rəsmiləri iştirak edirlər.
 
Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
 
Mərasimlə əlaqədar xüsusi təhlükəsizlik tədbiri görülüb.
 
Yavuz Sultan Selim körpüsündə 4 hərəkət zolaqlı avtomobil yolu, 2 dəmiryol xətti var. Körpünün eni 59 metr, uzunluğu 2 164 metr, körpünün qüllələrinin hündürlüyü 322 metrdir. Körpünün ərsəyə gəlməsinə 3 milyard dollar sərf edilib.
 
Mərasimdə “Quran” oxunması ilə başlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar