Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə İŞİD üzvü olan azərbaycanlılar saxlanıldılar

Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib


PİA.AZ anspress-ə istinadən bildirir ki, antiterror əməliyyatları ölkənin Qaziantep şəhərində keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə yerləşən evlərə basqın ediblər. Bununla yanaşı, şəhərdə əməliyyatlar zamanı İŞİD-ə məxsus silah anbarı aşkar edilib.

Şəhərdə yerləşən evlərə baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, Kalaşnikov silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.



Həmçinin əməliyyatlar zamanı bomba hazırlamağı öyrətmək üçün nəzərdə tutulan videolar müəyyən edilib. Qrup Türkiyədə böyük terror hadisələri törətməyi planlaşdırıb. 

Həmçinin polis sərhəddən Suriyaya keçməyə hazırlaşan 10 nəfəri həbs edib. Onlardan 9 nəfəri xarici ölkə vətəndaşı olub. Həbs olunanlar arasında Azərbaycan vətəndaşları da olub. Həmçinin  İran, Tacikistan, və Qırğızıstan vətəndaşları da Suriyaya keçməyə hazırlaşarkən saxlanılıblar. 

Aprelin 1-də isə Türkiyədə terror törətmək istəyən 5 İŞİD terrorçusu müəyyən edilmişdi. Onlardan biri Azərbaycan əsilli olsa da Rusiya vətəndaşı olub. İsa Tupolovun hələ də Suriyanın Rai şəhərində olduğu deyilirdi.



Həmin vaxt onların Türkiyə ilə yanaşı, Azərbaycanda da terror aktları törətməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Amma məlumat öz təsdiqini tapmadı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar