Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə azərbaycanlı qadın rektora ittihamlar


Türkiyənin Giresun Universitetinin rektoru, azərbaycanlı Aygün Attar universitetdə rektorluq seçkiləri ərəfəsində rəqibləri tərəfindən hücumlara məruz qalır


Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Aygün Attarı “seçkilərə tək namizəd olaraq girmək üçün rektora yaraşmayan işlərlə məşğul olmaqda” ittiham edirlər.

“Sabah” qəzetinin yazdığına görə Giresun Sivil İradə Platforması (GSİP) adlı təşkilat Attarın universitetin müəllimlərini və elmi işçilərini sıxışdırdığını iddia edərək onun barəsində Yüksək Təhsil Şurasına (YÖK) şikayət edib. Bildirilir ki, Aygün Attar rektor seçkilərində namizədliyini irəli sürən tək alternativ Cevdet Coşkunun professor-müəllim heyəti ilə seçkiqabağı təmaslarını əngəlləyir. Onunla görüşən müəllimləri cəzalandırır.



Universitetdə isə Aygün Attarın əleydarları belə şaiyə yayırlar ki, onu rektor vəzifəsinə Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsi ilə təyin ediblər. Lakin digərləri deyir ki, əgər Azərbaycan prezidenti Türkiyədə univesitet rektoru vəzifəsinə kimisə tövsiyə etsəydi bunu əyalət universitetində yox, İstanbul və ya Ankara universitetlərindən birində edərdi.

Mətbuat onu da yazır ki, Giresun Ticarət və Sənaye Odası, Ticarət Borsası da Aygün Attarı rektor vəzifəsində görmək istəmirlər. Habelə bildirilir ki, Giresun universiteti Türkiyənin ən zəif ali təhsil müəssisələrindən biridir.

Xatırladaq ki, professor Aygün Attar Türkiyədə tanınmış rektorlardan hesab olunur. 2015-ci ilin yanvarında Azərbaycan prezidentinin Türkiyəyə səfəri zamanı o, prezident Rəcəb Tayyib Ərdoğanın sarayında İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətə də dəvət olunmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar