Kərə yağı təkcə Azərbaycanda bahalaşmır
Cebhe.info xəbər verir ki, Türkiyədə 6 ay qiyməti 20-25 TL olan kərə yağı indi 2 dəfə bahalaşaraq 40-50 TL-yə satılır. Beləliklə, kərə yağı ölkədə ən çox bahalaşan məhsullar arasında yer alıb.
Mütəxəssislər bildirir ki, bu, ölkədə ilk dəfə müşahidə olunur. Kərə yağının dəyərinin 2 dəfə artmasını mütəxissislər kəndlərdə südün azalması ilə izah edib.
pia.az