Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə növbəti anti-İŞİD əməliyyatı


Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib


Ans prees-in məlumatına görə, anti-terror əməliyyatları ölkənin Qaziantep şəhərində keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə yerləşən evlərə baxış keçiriblər. Baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, "Kalaşnikov" silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.

Həmçinin əməliyyatlar zamanı bomba hazırlamağı öyrətmək üçün nəzərdə tutulan videolar müəyyən edilib. Qrup Türkiyədə böyük terror hadisələri törətməyi planlaşdırıb.

Polis həmçinin sərhəddən Suriyaya keçməyə hazırlaşan 10 nəfəri həbs edib. Onlardan 9 nəfəri xarici ölkə vətəndaşıdır. Həbs olunanlar arasında Azərbaycan vətəndaşları da var. Həmçinin İran, Tacikistan və Qırğızıstan vətəndaşları da Suriyaya keçməyə hazırlaşarkən saxlanılıb.

Aprelin 1-də isə Türkiyədə terror törətmək istəyən 5 İŞİD terrorçusu müəyyən edilmişdi. Onlardan biri Azərbaycan əsilli olsa da Rusiya vətəndaşı olub. İsa Tupolovun hələ də Suriyanın Rai şəhərində olduğu deyilirdi.

Həmin vaxt onların Türkiyə ilə yanaşı Azərbaycanda da terror aktları törətməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Amma məlumat öz təsdiqini tapmadı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar