İyunun 28-də Türkiyənin Diyarbəkir bölgəsinin Dilçə rayonunda törədilən terror aktı nəticəsində 2-si polis olmaqla 5 nəfər yaralanıb
AzərTAc bildirir ki, terror aktı yerli vaxtla saat 10.10-da zirehli polis maşını rayonun giriş yolundan keçərkən partlayıcının işə düşməsi nəticəsində törədilib. Ehtimal edilir ki, partlayıcı PKK mənsubları tərəfindən yola basdırılıb.
pia.az