Türkiyədə 4,5 bal gücündə zəlzələ olub
“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Nazirliyinin (AFAD) rəsmi saytı yayıb.
Yeraltı təkan Egey dənizində, 5,86 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
pia.az