Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki diasporumuzdan ermənilərə etiraz



Türkiyədəki erməni lobbisinin Ankarada Ermənistanla sərhədlərin açılmasına həsr olunmuş konfrans keçirməsi bu ölkədəki Azərbaycan diasporunun etirazına səbəb olub


Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin yaydığı bəyanatda Türkiyədə yaşayan ermənilərin Ankarada "Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin Gələcəyi Konfransı" adlı tədbir keçirilməsi pislənilir.

Bəyanatda Ermənistanın Azərbaycana təcavüzü, 1993-cü ildən bəri Dağlıq Qarabağ və 7 rayonu işğal altında saxladığını, Xocalıda törətdiyi soyqırım, ermənilərin Türkiyə torpaqlarını işğal xəyalı ilə yaşadıqları, Ermənistan prezidenti Serj Sarkisyanın bir erməni şagirdə söylədiyi “Qarabağı biz aldıq, Ağrını sizə qoyduq” sözləri xatırladılır və bütün bunların ermənilərin niyyətini acıq şəkildə bəlli etdiyi vurğulanır.

Bəyanatda həmçinin türklərə 5 dəfə soyqırım və deportasiya aktı həyata keçirən, türk diplomatlarını şəhid edib əməlləri ilə qürur duyan, bütün bunlardan sonra isə sülhdən, sərhədlərin açılmasından danışmağın yolverilməz olduğu qeyd olunur. Ermənilərin Qarabağda, Xocalıda və Anadoluda törətdiyi vəhşiliklərə görə cavab verməli olduqları, türklərin heç bir zaman hər hansı millətə qarşı soyqırım etmədiyi, əksinə, 1915-ci ildə türklərin bir neçə cəbhədə döyüşməsindən istifadə edən ermənilərin türklərə qarşı kütləvi qətllər törətməsi də bəyanatda bildirlir.

“Təəssüf ki, Ermənistanın etdiyi səhvlərin cəzasını başda erməni xalqı olmaqla, bölgənin digər xalqları çəkməli olur. Ermənilər öz səhvlərini etiraf edib geri çəkildiyi zaman bölgədə sülh və sabitlik bərqərar olacaq. Əks halda sərhədlərin açılması müzakirə mövzusu ola bilməz”, - bəyanatda deyilir.

Xatırladaq ki, bu günlərdə Ankarada keçirilmiş ikigünlük konfrans Hrant Dink Vəqfi və Ankara Universiteti Siyasi Elmlər Fakültəsi tərəfindən təşkil olunub.(azvision.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar