Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədən ABŞ və Qərbə “gözdağı”


Türkiyədən ABŞ və Qərbə “gözdağı”: rəsmi Ankara "müttəfiqlər"indən üz çevirir


Türkiyə ilə ABŞ və Qərb arasında “tərəfdaşlıq ipləri” artıq çoxdan qopub.

Türkiyə-Rusiya münasibətləri artan xətlə inkişaf edir. Son vaxtlar bu iki dövlətin prezidentləri arasında təmaslar xüsusi olaraq, intensivləşib. Belə ki, son bir neçə ayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kremlin sahibi Vladimir Putin arasında iki görüş baş tutub. Yaxın həftələrdə isə prezident R.T.Ərdoğanın Rusiyaya daha bir səfəri gözlənilir.

Belə anlaşılır ki, Türkiyə və Rusiya arasında bəzi beynəlxalq problemlərlə bağlı mövqe uzlaşması mövcuddur. Hətta bəzi məsələlərə münasibətdə ciddi ortaq maraqların mövcudluğu da qətiyyən şübhə doğurmur.

Təbii ki, Ərdoğan-Putin görüşləri hər dəfə Azərbaycanda da böyük maraqla qarşılanır. Çünki bu görüşlərdə qardaş Türkiyənin Azərbaycan üçün həyati önəm daşıyan Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edə biləcəyinə ümid bəslənilir.

Şübhəsiz ki, Türkiyə prezidenti R.T.Ərdoğan və Rusiya prezidenti V.Putin arasındakı əksər görüşlərdə Dağlıq Qarabağ problemi mütləq müzakirə edilir. Ancaq həmin görüşlərdə bu problemin əsas müzakirə mövzusu olduğu qətiyyən inandırıcı deyil. Çünki bu iki dövlətin daha fərqli maraqları da var. Və həmin maraqların uzlaşdırılması hər iki dövlət üçün daha böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən, Ermənistan razılaşsa belə, Rusiya 5 rayonun işğaldan azad edilməsinə və yaxud bu problemin ümumiyyətlə həllinə imkan verməz. Xüsusilə də, Dağlıq Qarabağ probleminin həllinə paralel olaraq, Türkiyənin Cənubi Qafqazda rolunun artması Rusiyanın maraqlarına tamamilə ziddir.

Dağlıq Qarabağ problemi Ermənistanın Rusiyanın regional for-postu statusunda saxlanması baxımından, ən önəmli faktorlardan biri sayılır. Üstəlik, Kremlin Azərbaycana göstərdiyi təzyiqlərdə də xüsusi rol oynayır.

Bu problem həm də Rusiyanın Cənubi Qafqazda öz geopolitik mövcudluğunu qoruması baxımından da ciddi əhəmiyyət daşıyır. Yəni Dağlıq Qarabağ münaqişəsi Rusiyanın maraqları tələb etdiyi üçün mövcuddur. Əks halda, yəni Rusiya istəsəydi, Dağlıq Qarabağ problemi artıq çoxdan öz həllinin tapardı.

Ancaq bununla belə, Ərdoğan-Putin görüşlərində Dağlıq Qarabağ probleminin də gündəmdə saxlanması siyasi-psixoloji əhəmiyyət daşıyır. Belə ki, prezident R.T.Ərdoğanın hər dəfə Dağlıq Qarabağ probleminin həlli mövzusunda V.Putindən müxtəlif vədlər alması rəsmi İrəvanı gərgin vəziyyətdə saxlayır. Yəni V.Putinin həmin vədləri yerinə yetirməyəcəyi hər kəsə aydın olsa da, Ermənistanda siyasi-psixoliji diskomfort yaşanır.

Türkiyə və Rusiyanın özəl maraqlarına gəldikdəsə, bu iki dövlət arasındakı əməkdaşlıqda ABŞ və Qərbə qarşı ortaq müqavimət niyyətləri daha ön sırada dayanır.  Çünki həm Rusiya, həm də Türkiyə hazırda ABŞ və Qərbin sərt təzyiqlərinə məruz qalmaqdadır.

Rusiya ABŞ və Qərbin maliyyə-iqtisadi sanksiyaları ilə üzə-üzədir. Bu sanksiyalar Rusiyaya milyardlarla dollar zərər vurmaqdadır. Rusiyanın xarici ticarət dövriyyəsi sürətlə aşağı düşməkdə davam edir. Və belə vəziyyətdə Türkiyənin dəstəyi Rusiya üçün nəfəslik rolunu oynayır. Çünki rəsmi Ankara Rusiya ilə ticarət əməkdaşlığını nəinki dayandırmayıb, əksinə daha da genişləndirib.

Hazırda Türkiyə Rusiyanın enerji daşıyıcılarının əsas alıcısı rolunda çıxış edir. İki ölkə arasında imzalanan “Mavi axın” layihəsi üzrə müqavilə Türkiyəni Rusiya təbii qazının əsas idxalçısına çevirib. Əvəzindəsə, Türkiyə öz kənd təsərrüfatı məhsullarını məhz Rusiya bazarlarına yönəldir.

Bu isə ABŞ və Qərb siyasi çevrələrində ciddi qıcıq yaradır. Çünki rəsmi Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulmaması ABŞ və Qərbin Kremli rametmə planlarını əhəmiyyətdən salır.

Ona görə də hazırda Türkiyənin ABŞ və Qərblə münasibətləri gərginləşməkdə davam edir. Rəsmi Ankara ABŞ-ı Türkiyədə hərbi çevrilişə cəhd etmiş şəxsləri himayədə suçlayır. Eyni zamanda, prezident R.T.Ərdoğan Ağ Evi müxtəlif terror təşkilatlarını, o cümlədən, İŞİD-i dəstəkləməkdə ittiham edir. Rəsmi Ankara oxşar məzmunlu ittihamları Avropa Birliyinin bəzi aparıcı dövlətlərinə qarşı da yönəltməkdədir.

Bütün bunlar isə onu göstərir ki, Türkiyə ilə ABŞ və Qərb arasında “tərəfdaşlıq ipləri” artıq çoxdan qopub. Və rəsmi Ankara üçün yeni tərəfdaş tapmaq məsələsi ön plana keçib.

Təbii ki, bu baxımdan, Türkiyə-Rusiya münasibətləri rəsmi Ankara üçün ABŞ və Qərblə əməkdaşlığın real alternativinə çevrilmiş kimi görünür. Hazırda bu iki ölkə arasında siyasi, maliyyə-iqtisadi və ticarət əməkdaşlığı ən yüksək səviyyəyə çatıb.

Son dövrlərdə bu iki dövlət arasında hərbi sahədə də kifayət qədər ciddi əməkdaşlıq meylləri müşahidə edilir. Xüsusilə də, Rusiyadan "S-400" raketlərinin alınması Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır. Çünki həmin müasir raket sustemləri Türkiyənin xarici düşməndən müdafiə problemlərini böyük ölçüdə həll etmiş olacaq.

Üstəlik, "S-400" raketləri rəsmi Ankaraya Qərbdə istehsal olunan analoji raket sistemlərindən daha ucuz başa gələcək. Halbuki NATO dövlətlərinin istifadəsində olan və "S-400" raketləri ilə oxşar xarakteristikaya malik “Patriot” raket sistemləri satılmır. Həmin raket sistemləri müvəqqəti olaraq, icarəyə verilir və sonra geri qaytarılır.

Rəsmi Ankara-Kreml tərəfdaşlığında önəm daşıyan məsələlərin sırasına Yaxın Şərq regionunda cərəyan edən proseslərdəki əməkdaşlığı, Türkiyədə Rusiya mütəxəssislərinin iştirakı ilə müasir AES-in tikilməsi sahəsindəki anlaşmanı və s. də əlavə etmək olar.

Göründüyü kimi, hazırda Türkiyə və Rusiyanı biraraya gətirən kifayət qədər ciddi ortaq maraqlar paketi mövcuddur. Bu baxımdan, Ərdoğan-Putin görüşlərində müzakirə edilən məsələlərin məzmunu rəsmi Ankaranın ABŞ və Qərbə qarşı meydan oxuduğunu da ortaya çıxarır. Çünki həmin məsələlərin hər birisi məzmunca ABŞ və Qərbin geopolitik və strateji maraqlarına birbaşa zərbədir.

Yəni belə anlaşılır ki, rəsmi Ankara Rusiyanı real alternativ tərəfdaşa çevirməklə, Türkiyəyə qarşı qeyri-səmimi münasibət sərgiləyən, bu qardaş dövlətin maraqlarını zərbə altında qoyan ABŞ və Qərbə “gözdağı” verir. Belə davam edərsə, ABŞ və Qərb Türkiyə ilə indiyə qədər mövcud olmuş sıx tərəfdaşlıq şansını birdəfəlik itirə bilər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar