Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Yaxın Şərq ölkələrində hərbi baza yaratmaq cəhdinin pərdəarxası – Əsas məqsəd nədir?


Üzeyir Cəfərov: “Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq məsələsi gec-tez reallaşmalıdır”


“Türkiyənin Qətərdə, Səudiyyə Ərəbistanında hərbi baza yaratmaq cəhdləri stabilliyə yönəlmiş addım kimi qəbul edilməlidir”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Türkiyənin bir sıra Yaxın Şərq ölkələrində hərbi baza yaratmaq cəhdlərini PİA.AZ-a şərh edərkən deyib.

Məlumdur ki, 2014-cü ildə Türkiyə Qətərdə hərbi baza yaradıb və hazırda bu hərbi bazanı daha da gücləndirir. Həmçinin rəsmi Ankara Səudiyyə Ərəbistanında da hərbi baza yaratmaq istəyini dilə gətirib. Yəni Türkiyənin Səudiyyə Ərəbistanında hərbi bazasının yaranması ilə bağlı prezidenti R.T.Ərdoğan deyib ki,  “Hələ o zaman Qətər ərazisində hərbi baza açmaq barədə qərar qəbul edəndə mən Səudiyyə Ərəbistanı Kralı ilə görüş zamanı Krallıq ərazisində hərbi baza açmaq barədə təklif etmişdim”. Həmçinin Türkiyə prezidenti qeyd edib ki, o zaman Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bildrib ki, Ər-Riyad bu variantı nəzərdən keçirəcək. Daha sonra Ərdoğan fikrini tamamlayıb: “Lakin hələ bu günə qədər bizim krallıq ərazisində hərbi baza yerləşdirilməsi barədə təklifimizə Səudiyyə Ərbistanı cavab verməyib”. Görünən budur ki, faktiki olaraq Türkiyə bu gün bir sıra Yaxın Şərq ölkələrində hərbi baza yaratmağa cəhdlər göstərir.

Bəs Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq imkanları barədə nə demək olar və bu Cənubi Qafqazda Rusiya ilə NATO arasında balansın yaranmasına gətirib çıxara bilərmi?   
 
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərova müraciət edib.



Üzeyir Cəfərov: “Türkiyənin Azərbaycanda hərbi bazasının olması bir çox məsələlərdə çəkindirici rol oynayacaq”.


Türkiyənin Yaxın Şərq ölkələrində hərbi baza yaratmaq addımını həm regionda, həm də dünyada gedən proseslərdə bir barışdırıcı missiya kimi qiymətləndirən hərbi ekspert qeyd edib ki, türk dövlətini istəməyən dövlətlər Türkiyənin hərbi baza yaratmaq cəhdini yeni ərazilər iddia etməsi kimi başa düşürlər. Amma bu belə deyil və Türkiyənin bu məsələdə niyyəti safdır:

“Hərbi baza məsələsi son günlər daha çox müzakirə olunur. Mən hesab edirəm ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq məsələsi gec-tez reallaşmalıdır. Çünki son zamanlar regionda və dünyada baş verən hadisələr onu deməyə əsas verir ki, Azərbaycanla Türkiyə arasında mütləq mənada birinci Naxçıvanda hərbi bazası yaranmalıdır. Sonrakı mərhələdə isə Türkiyənin Bakıda da hərbi bazasının olması, bəzi isti başların soyumasına gətirib çıxardacaq. Həmin isti başlar bu gün Azərbaycana çox hədələr səsləndirilər və Azərbaycanı nədəsə günahlandırırlar. Amma Türkiyənin Azərbaycanda hərbi bazasının olması bir çox məsələlərdə çəkindirici rol oynayacaq. Bütün bunlara görə də Türkiyənin Naxçıvanda hərbi bazasının olması daha yaxşı olar.

Bu gün Türkiyə Qətərdə, Səudiyyə Ərəbistanında və ümumiyyətlə regionda balansı qorumaq üçün, həm də təhlükəsizlik məsələlərini önə çəkmək üçün hərbi baza yaradır. Türkiyənin atdığı bu addım da alqışlanası addımdır. Çünki bu gün dünyada bəzi güclər yeni bölücülük siyasəti ilə məşğuldurlar. Bu yeni bölücülük siyasəti də bir zamanlar rahat, firavan yaşayan ölkələrin vətəndaşlarının həyatlarının cəhənnəmə çevrilməsi deməkdir. Yəni bir vaxtlar firavan olan Misir, bir vaxtlar turistlərin ən çox səyahət elədiyi Suriya və digər bu kimi ölkələr bu gün xarabalıqlara çevrilib. 

Üzeyir Cəfərov: “Bu gün dünyada bəzi güclər yeni bölücülük siyasəti ilə məşğuldurlar”.


Mən hesab edirəm ki, Türkiyənin Qətərdə, Səudiyyə Ərəbistanında hərbi baza yaratmaq cəhdləri stabilliyə yönəlmiş addım kimi qəbul edilməlidir. Türkiyənin bu addımın harasa yozmaq, ya da bundan qorxmaq lazım deyil. Hər halda bu günlərdə dünyada baş verən proseslər onu deməyə əsas verir ki, ölkələrin çoxu öz təhlükəsizliyinin müdafiəsini gücləndirmək üçün lazım olan addımları atır. Türkiyənin də atdığı addımlar bütün çətinliklərə baxmayaraq həm regionda stabilliyin təmin olunmasına, həm də sabitliyin bərqərar olunmasına xidmət edən addımlardır. Türkiyənin başqa ölkələrdə hərbi baza yaratmaq addımını, bu ölkənin hansısa dövlətə qarşı atılan addım kimi qiymətləndirmək lazım deyil. 

Bir daha qeyd edim ki, Türkiyənin bu addımını həm regionda, həm də dünyada gedən proseslərdə bir barışdırıcı missiyası kimi qəbul etmək lazımdır. Düzdür bəziləri, yəni türk dövlətini istəməyən dövlətlər bunu başqa formada təqdim etməyə çalışırlar. Amma mən hesab edirəm ki, Türkiyənin məqsədi, niyyəti safdır. Bu saf niyyəti də başqa yerə yozmaq lazım deyil. Yəni başqaları deyirlər ki, Türkiyə yeni ərazilərə iddia edir vəs. Amma mən elə düşünmürəm və bu fikirlərdən uzağam. Mən hesab edirəm ki, Türkiyənin bu addımını sadəcə olaraq anlayışla qarşılamaq lazımdır”.

Nərminə UMUDLU
pia.az
       


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar